Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-471/2024 17.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3-Məmmədova Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Tələbkarın nümayəndəsi və vəkili Vəkil, İcra məmuru Bəxtiyar Babayevin iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2434/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icra edilmədən məhkəməyə geri qaytarılması barədə Yasamal rayon icra şöbəsinin xx.xx.2024-cii il tarixli, 67086/2015-53-31- 001 nömrəli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədinin Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə qaytarılması barədə tələbkarın nümayəndəsi və vəkili Vəkil ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2434/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə tələbkar X1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə şikayət verərək, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin Yasamal Rayon Məhkəməsinin 2(004)- 2434/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icra edilmədən məhkəməyə geri qaytarılması barədə xx.xx.2024-cii il tarixli, 67086/2015-53-31- 001 nömrəli qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün icra sənədinin Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004- 2434/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu MMC ilə X2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli mənzil tikintisi haqqında müqavilə ləğv edilməli və mənzilin tikintisi ilə əlaqədar ödənilmiş 47628 manat dəyərində olan yaşayış binasının 11-ci giriş 17ci mərtəbə, 02 otaqlı, 81kv.m. sahəsi olan 1306 saylı mənzil Borclu MMC tərəfindən iddiaçıya təhvil verilməlidir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin xx.xx.2024-cıı il tarixli, 67086/2015-53-31-001 nömrəli qərarı ilə Yasamal Rayon Məhkəməsinin 2(004)- 2434/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Tələbkar tərəf olaraq hesab edir ki, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin miibahisələndirdiyi qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməli və icra sənədi yenidən icra olunması üçün aidiyyəti icra şöbəsinə qaytarılmalıdır. İlkin olaraq bildirir ki, Borclu MMC dövlət qeydiyyatından keçməklə müqavilə bağlandığı vaxtı fəaliyyət qabliyyətli hüquqi şəxs olmuş və onun fəaliyyətinə nəzarəti aidiyyəti dövlət orqanları həyata keçirmişdir. “Olimpus-Az" MMC ilə tələbkar X2 arasında Yasamal rayon, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən yaşayış binasının sahəsi 81,0 kv.m. olan 2 otaqlı 1346 saylı mənzilinə dair 11 mart 2008-ei il tarixdə bağlanmış alqı satqı müqaviləsi və həmin mənzilə görə 47 628 manat məbləğində pulun ödənilməsi mübahisə predmeti deyildir. İcra orqanı icra sənədinin icra edilmədən məhkəməyə geri qaytarılmasına əsas kimi qərarında göstərilmişdir ki, icraat zamanı müəyyən olunmuşdur ki, sözügedən ünvanda tikinti işləri Borclu MMC tərəfindən başlanılsa da, sonradan tikinti işləri Maraqlı şəxs MMC tərəfindən aparılır. Lakin icra şöbəsinin qərarında göstərməmişdir ki, tələbkar Orxan Salahovun alqi-satqı müqaviləsi əsasında ödədiyi 47 628 manat məbləğində pul da daxil olmaqla aparılan tikinti işləri Borclu MMC tərəfindən başlanılsa da, sonradan tikinti işlərinin Maraqlı şəxs MMC tərəfindən aparılmasının hüquqi əsası nə olmuşdur? Sual olunur ki, Maraqlı şəxs MMC Yasamal rayonu, Talibiı küçəsində Olimpus-Az" MMC tərəfindən təməli qoyulmuş yaşayış binasının 3 mərtəbəsi inşa edilmiş tikinti işləri yarımçıq qalmış mübahisəli tikili üzərində hansı hüquqa malik olmuşdur ki, sonradan həmin tikilini inşa edərək tamamlayaraq mənzillərin satışını aparmışdır? İcra şöbəsinin qərar qəbul edərkən istinad etdiyi bu dəlil, yəni Maraqlı şəxs MMC -nin Borclu MMC-nin hüquqi varisi olmamasına dair dəlili tam əsassızdır. Belə ki, iş meriallarına əlavə olunmuş Maraqlı şəxs MMC ilə Borclu MMC arasında bağlanmış 17 aprel 2007-ci il tarixli birgə əməkdaşlıq müqaviləsindən göründüyü kimi, Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 237 nömrəli xx.xx.2004 -cü il tarixli sərəncamına əsasən "xxxx" MMC-yə Bakı şəhəri, Yasamal rayonu, lalıblı küçəsində 3.00 ha ərazidə kooperativ yaşayış binasının lahiyələndirilməsi və tikintisinə icazə verilmiş və tərəflər razılığa gəlirlər ki, "xxxx" MMC ona təqdim olunmuş sahədə yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz vəsati hesabına tam yerinə yetirilməsini öz öhdəsinə götürür. Lakin icra orqanının qərarında göstərilir ki, guya "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış 1 7.04.2007-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqavilənin şənlərində qeyd olunmuşdur ki, hər bir şirkət öz şəxsi vəsaiti və öz payına düşən mənzillərin satışından əldə olunan vəsait hesabına bina inşa edir. Məhkəmənin nəzərinə çaldırır ki, mülki hüququn subyektləri arasında bağlanan müqavilələr Mülki Məcəllənin miiddəlarına zidd ola bilməz, yəni tətəflərin müqavilə azadlığı prinsipi heç də o demək deyil ki, onlar qanuna zidd əqdlər bağlaya bilərlər. Onlar arasında bağlanmış birgə əməkdaşlıq müqaviləsinin müddəaları mülki qanunvericiliyin müddəalarına ziddirsə həmin müddəlar bağladığı vaxtdan etibarsız hesab edilir. Tərəflər arasında bağlanmış müqavilədə razılaşdırılmışdır ki, tikinti sahəsi və tikintinin aparılması üçün aidiyyəti dövlət və qeyri dövlət orqanlarından icazə, yaşayış binasının tikintinin layihəsi və digər tikinti sənədləri "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təqdim olunur, "xxxx" MMC ona təqdim olunmuş torpaq sahəsində yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz, şəxsi vəsati və öz. payına düşən mənzillərin satışından əldə edilmiş vəsait hesabına tam yerinə yetirilməsini öz öhdəsinə götürür. Həmin müqaviləyə əsasən tikinti başa çatdıqdan sonra mənzillərin və qeyri-yaşayış sahələrinin tərəflər arasında 50% nisbətində bölüşdürılməsi razılaşdırılmışdır. İş materiallarından göründüyü kimi "xxxx" MMC-nin rəhbəri barədə tikinti zamanı yol verdiyi cinayət əməlinə görə cinayət işi başlanılmış, məhkəmədə təqsiri sübuta yetiriİdiyndən azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, o, cəza çəkmə müəssisəsində ölmüşdür. İcra orqanının qərarda əsaslandığı hallardan biri ondan ibarətdir ki, tələbin Borclu MMC-nin əmlakı hesabına ödənilməsinin təmin edilməsi məqsədi ilə tikilməkdə olan ünvan 1 ünvanında yerləşən binanın üzərinə həbs qoyulmasına dair təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 8(004)-955/2015 nömrəli, 3 1.03.2015-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək binanın üzərinə həbs qoyulmuşdur. Qərarda göstərilir ki, 13.1 1.2019-cu il tarixdə sözügedən ünvana baxış keçirilmiş və həmin ərazidə inşası dayanmış yarimtikili bina aşkar olunmuş və bu barədə müvafiq akt tərtib olunmuşdur. Həmin tikili "xxxx" MMC tərəfindən xx.xx.2016-cı il tarixdə 480000 manat dəyərində qiymətləndirilmiş, açıq hərracdan satılması üçün hərrac təşkilatına silariş verilmiş, lakin əmlak hərracda satılmamışdır. Bu hal onu göstərir ki, "xxxx" MMC "xxxx" MMC ilə bağladığı birgə fəaliyyət müqaviləsi əsasında öz vəsaiti və tələbkar da daxil olmaqla öz payına düşən mənzillərin digər şəxslərə satışından əldə edilmiş vəsait hesabına binanın təməlini qoymuş, 3 mərtəbəsini inşa etmişdir ki, bu yarımçıq tikili də sonradan 480 000 manat məbləğində qiymətləndirilmişdir. İcra orqanı müəyyən elməmişdir ki, "xxxx" MMC tərəfindən öz vəsaiti və həmin tikilidə mənzil alqı-satqı müqaviləsi üzrə ödədiyimiz pul vəsaiti hesabına inşa edilmiş xx.xx.2016-cı il tarixdə 480 000 manat dəyərində qiymətləndirilmiş binanın təməli və 3 mərtəbəsi üzərində "xxxx" MMC hansı əsaslarla öz əmlakı kimi hüquq əldə etmiş və tikinti işlərini davam etdirərək tələbkara və digərlərinə satılmış mənzilləri başqa nömrəli mənzil adı altında sonradan ayrı-ayrı şəxslərə satmışdır. Qərarda göstərilir ki, əmlakın üzərinə həbs qoyulmasına dair qərardaddan Maraqlı şəxs MMC şikayət vermiş və üzərinə həbs qoyulmuş tikilinin "xxxx" MMC-yə deyil, Maraqlı şəxs MMC-yə məxsus olduğu və borclu olmayan şəxsin əmlakı üzərinə həbs qoyulduğu qənaətinə gəlinərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-955/2015 nömrəli, xx.xx.2017-cü il tarixli qərardadı lə tikilinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Bu hal "xxxx" MMC-nin faktiki Borclu MMC-nin hüquq varisliyini qəbul etməsi deyildirmi? Bundan başqa, Orxan Salahovdan başqa, bir neçə tələbkarların Borclu MMC ilə bağladıqları analoji müqavilələr üzrə "xxxx" MMC-nin faktiki sahibi İsfəndiyar Axundov tərəfindən qəbul edilərək razılaşdıqları pul müqabilində icra sənədlərinə xitam verilməsi halları onun hüquq varisliyini sübut etmirmi? Bundan başqa, tələbkar olaraq hazırkı qərarla tanış olarkən məlum oldu ki, Yasamal rayon icra şöbəsi Orxan Salahovun tələbkar olduğu xx.xx.2015-ci il tarixli icra işini analoji tələbkarların olduğu icra işləri ilə birləşdirmişdir. Guya bu hərəkət icra işinin operativ həllinə yönəldilmişdir. Bu barədə icra orqanı Orxan Salahova heç bir bildiriş və həmin qərarın surətini göndərməmişdir. Qərarda göstərilir ki, tələbkarların müraciəti nəzərə alınaraq Borclu MMC və Maraqlı şəxs MMC arasından birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə olduğundan icra sənədləri üzrə borclunun əvəz olunması və tələbin Maraqlı şəxs MMC-dən tələb olunması haqqında izah verilməsinə dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin 2(004)-1654/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və qeyd olunmuşdur ki, birgə təsərrüfat fəaliyyəti haqqında müqavilədə tərəflərin məsuliyyəti dəqiq şəkildə müəyyən edildiyinə, habelə yaşayış və ya qeyri-yaşayış sahələrinin satışına dair sənədlər borclu "xxxx" MMC-nin adından rəsmiləşdirildiyinə görə icra sənədləri üzrə tələbin “Qlobal-Azəri" MMC- dən tələb olunması barədə izah verilməsinə dair ərizə təmin edilməməlidir. Orxan Salahov tələbkar olaraq, nə icra şöbəsinə müraciəti olmamış, nə də icra şöbəsi bu icra hərəkətləri barəsində ona rəsmi olaraq bildiriş və qərarların surətləri göndərilməmişdir. İcra şöbəsinin bu hərəkətləri tələbkar olaraq Orxan Salahovun hüquqlarının məhdudlaşdırılmasına yönəldilmişdir. Qərarda həmçinin göstərilir ki, icraat zamanı həyata keçirilmiş icra tədbirləri nəticəsində borclu cəmiyyətə məxsus əmlak, eləcə də gəlirlər aşkar edilmədiyi, habelə "xxxx" MMC faktiki olaraq fəaliyyət göstərmədiyi və rəhbərinin öldüyü nəzərə alınaraq, icra sənədləri “İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 23cü maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. Lakin icra orqanı nəzərə almamışdır ki, tikilməkdə olan ünvan 3 ünvanında yerləşən binanın üzərinə həbs qoyulmasına dair təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etdiyi zaman həmin tikilinin "xxxx" MMC-nin və mənzilin alqı-satqısı müqaviləsi bağlayan tələbkarların, o cümlədən Orxan Salahovun ödədiyi pul vəsaiti hesabına tikildiyi müəyyən edildiyindən məhkəmə kəmin tikiliyə həbsin qoyulmasına dair 8(004)-955/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qərardad qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında icra məmuru Bəxtiyar Babayev məhkəməyə verdiyi izahatında şikayətin əsassız olub rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə borclunun nümayəndəsi və maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsi, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004-2434/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Borclu MMC ilə X2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsi və mənzilin tikintisi ilə əlaqədar ödənilmiş 47628 manat dəyərində olan yaşayış binasının 11-ci giriş 17-ci mərtəbə, 02 otaqlı, 81kv.m. sahəsi olan 1396 saylı mənzilin Borclu MMC tərəfindən iddiaçıya təhvil verilməsi qət edilmişdir. Yasamal rayon icra şöbəsinin 17 may 2015-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004-2434/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Yasamal rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2434/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Əsas qismində borclu "Olimpus-Az” MMC-yə məxsus əmlakın, eləcə də gəlirlərin aşkar edilməməsi , faktiki olaraq fəaliyyət göstərmədiyindən və rəhbəri öldüyündən, habelə borclu cəmiyyətin öhdəlikləri üzrə hüquqi varisi müəyyən edilmədiyindən və bütün qeyd olunanların yekununda qeyd olunan mənzilin tələbkara təhvil verilməsinin mümkün olmaması göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində icra sənədinin qaytarılması əsasları öz əksini tapmışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004-2434/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu MMC ilə X2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli mənzil tikintisi haqqında müqavilə ləğv edilməli və mənzilin tikintisi ilə əlaqədar ödənilmiş 47628 manat dəyərində olan yaşayış binasının 11-ci giriş 17-ci mərtəbə, 02 otaqlı, 81kv.m. sahəsi olan 1306 saylı mənzil Borclu MMC tərəfindən iddiaçıya təhvil verilməli olduğu halda, uzun müddət keçməsinə baxmayaraq, icra sənədi icra olunmamışdır. İcra məmuru icra sənədinin qaytarılması haqqında qərarını 2024-cü il tarixdə çıxarıb, illər əvvəl həyata keçirilmiş icra hərəkətlərinə əsaslanmışdır. Belə ki, icra işinin materiallarından görünür ki, borclu təşkilatın hüquqi varisinin olmamasına dair sorğuya cavab məlumatı 2020-ci il tarixdə verilmişdir. Üzərindən dörd il keçməsinə baxmayaraq, hüquqi varisinin müəyyən olunub-olunmaması barədə yenidən sorğu göndərilməmişdir. Borclunun əmlak siyahısının müəyyən edilməsi istiqamətində icra tədbirləri də natamam keçirilmişdir. Tələbkarın hüquqları kobud şəkildə pozulmuşdur. Belə olduğu halda, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2434/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icra edilmədən məhkəməyə geri qaytarılması barədə xx.xx.2024-cii il tarixli, 67086/2015-53-31- 001 nömrəli qərarı ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2434/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2434/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icra edilmədən məhkəməyə geri qaytarılması barədə xx.xx.2024-cii il tarixli, 67086/2015-53-31- 001 nömrəli qərarı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2434/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-471/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-471/2024
17.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver