Məhkəmə qərarları › İş №8(004)-476/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-476/2023

04.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-476/2023 04.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X7 oğlunun katibliyi, X1 iştirakı ilə. X1 “qətnamənin icrasına möhlət verilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 qətnamənin icrasına möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1941/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına 6 ay müddətinə möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1941/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin icrası ilə bağlı borclu X3 maddi durumu hazırda aşağıdır. Tələbin həcmi 45100 manatdır. İcra işinə aidiyyəti olmayan üçüncü bir şəxs "xxxx" MMC-nin X3 qarşısında müvafiq öhdəlikləri vardır. MMC tərəfindən həmin öhdəliklər icra olunduqdan sonra hazırki icra sənədi üzrə tələbi təmin edə biləcək. Məhkəmədə iclasında iştirak edən X2 ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında tələbkara və icra məmuruna xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə borclunun izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına əsasən qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Qətnamənin icrasına möhlət verilərkən tələbkarın üstün hüquqları nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, tələbin həcmi kifayət qədər yüksək miqdardadır, yəni 46500 manat təşkil edir. Hazırki tələb üzrə tələbkarın icra sənədinin icrasına möhlət verilməsi ilə bağlı razılığı iş materiallarına əsasən müəyyən edilmir. Məhkəmə hesab edir ki, ərizə təmin olunaraq icra sənədi üzrə borcluya 6 ay möhlət verilsə də, möhlət müddəti bitdikdən sonra icra işi üzrə əsaslı dönüşün olacağı iş materiallarına əsasən müəyyən edilmir. Bu barədə əsaslı hallar yoxdur. Ərizədə qeyd olunan xüsusatlar borclunun əsaslandırılmamış şəxsi mülahizəsi kimi məhkəmə tərəfindən nəzərə alınır. İcra işinə aidiyyəti olmayan üçüncü bir şəxs "xxxx" MMC-nin X3 qarşısında müvafiq öhdəliklərini icra edərək hazırki icra işinin perspektivinin artacağına dair hallar qeyri-müəyyən və kontrol edilə bilinməyən hallardır. Belə ki, sözügedən MMC tərəfindən öhdəliklərini icra edəcəyi, xüsusən 6 ay ərzində icra edəcəyi qeyri-müəyyəndir. MMC tərəfindən X3 qarşısında öhdəliyinin olması xüsusatı da qeyri-müəyyəndir. Əgər öhdəlik varsa da, həmin öhdəliyin icrasından sonra borclu X3 tələbkar qarşısında öz öhdəliklərini icra edəcəyi də qeyri-müəyyəndir. İcra işi materiallarına əsasən müəyyən olunur ki, icra işi üzrə icraat başlanılmasının üzərindən 1 ildən çox vaxt keçməsinə baxmayaraq, borclu tərəfindən qismən də olsa tələbin təmin olunması həyata keçirilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü iddiaçının üzərinə olsa da, borclu tərəfindən tərəfindən icra sənədi üzrə möhlət verilməsinin zəruriliyinin sübut edilməsi sübut edilməsi təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Beləliklə, yuxarıda qeyd olunan hüquqi xüsusatlar nəzərə alınmaqla, tələbkarın üstün hüquqi mövqeyi, tələbkarın icraya möhlət verilməsinə razılığının olmaması, X2 tərəfindən ərizənin əsaslandırılmaması nəzərə alınmaqla məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-269 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 “qətnamənin icrasına möhlət verilməsi” barədə ərizəsi təmin edilməsin Qərardaddan rəsmi qaydada təqdim olunduqdan sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar