Məhkəmə qərarları › İş №8(004)-476/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-476/2024

07.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-476/2024 07.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Tələbkar "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2626/2024 nömrəli icra sənədinin icrası ilə bağlı borclunun əmlakının üzərinə həbs qoyulması haqqında Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru Səvxan Abasovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2626/2024 nömrəli icra sənədinə əsasən Borclu xx.xx.2022-ci il tarixli DKM/02N11A01092522 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.927,96 manat əsas borc,xx.xx.2024-cü il tarixə qədər kreditdən istifadəyə görə hesablanmış 429,14 manat faiz borcu, 166,08 manat cərimə və ödənilmiş 55,23 manat dövlət rüsumu olmaqla, cəmi 3.578,41 (üç min beş yüz yetmiş səkkiz manat qırx bir qəpik) manat pul tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru Səvxan Abasovun xx.xx.2024cü il tarixli təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu arvadı X4 ilə birgə nikah dövründə əldə etdikləri və arvadı X1 adına qeydiyyata alınmış “Toyota Prius minik” markalı ** VD *** dövlət qeydiyyat nişanlı və “Toyota Prius minik” markalı ** FY *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə Borclu payı həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, icra sənədinin icrasına başlanılmış və borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzürlü səbəb olmadan boyun qaçırtmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borcluya məxsus əmlakın üzərinə həbs qoyulması zəruridir. Məhkəmə icra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Tələbkar "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, borclu icra sənədi üzrə ödəniş etməyib. Odur ki, təqdimatın təmin edilməsini xahiş edir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyib, təqdimatı və iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməli, “Toyota Prius minik” markalı, 2008-ci il buraxılışlı, qara rəngli, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Borclu payı həcmində (1/2 hissə) üzərinə həbs qoyulması 3.578,41 manat borcun ödənilməsini təmin etməyə yetərli olduğuna görə, digər “Toyota Prius minik” markalı, 2007-ci il buraxılışlı, qara metallik rəngli, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması hissəsində təqdimat rədd edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2626/2024 nömrəli icra sənədinə əsasən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru Səvxan Abasov xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş və könüllü icra üçün bildirişlə birlikdə xx.xx.2024-cü il tarixdə borcluya göndərilmişdir. Borclu icra sənədinin icrasını könüllü olaraq təmin etməmişdir. Borclu və X3 Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsində xx.xx.2024-cü il tarixdə 328 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra arvada Əmirova soyadı verilmişdir. Elektron icra sisteminin məlumatından müəyyən edilir ki, Borclu ilə X4 birgə nikah dövründə əldə etdikləri - “Toyota Prius minik” markalı, 2007-ci il buraxılışlı, qara metallik rəngli, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə və “Toyota Prius minik” markalı, 2008-ci il buraxılışlı, qara rəngli, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə X1 adına qeydiyyatia alınmışdır. Məhkəmə qeyd edir ki, bu əmlaklar Borclu ilə X1 birgə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyəti sayılır. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru X2 xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2626/2024 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu arvadı X1 mülkiyyətində olan - “Toyota Prius minik” markalı, 2007-ci il buraxılışlı, qara metallik rəngli, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilin və “Toyota Prius minik” markalı, 2008-ci il buraxılışlı, qara rəngli, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 45.8, 50-ci və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-2626/2024 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ilə X1 birgə nikah dövründə əldə etdikləri və xx.xx.2021-ci ildə X1 adına qeydiyyata alınmış “Toyota Prius minik” markalı, 2008-ci il buraxılışlı, qara rəngli, ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Borclu payı həcmində (1/2 hissə) üzərinə həbs qoyulsun. Təqdimat - “Toyota Prius minik” markalı, 2007-ci il buraxılışlı, qara metallik rəngli, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması hissəsində rədd edilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar