Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-479/2023 07.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6418/2016 nömrəli, xx.xx.2016cı il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 758/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılov təqdimatla məhkəməyə müraciət edərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 758/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Suzuki GSX-R1000ZL3 Motosikl” markalı, 99-A-654 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Borclu icranı könüllü təmin etmədiyindən tələbin onun əmlakı hesabına ödənilməsi üçün mülkiyyətində olan “Suzuki GSX- R1000ZL3 Motosikl” markalı, 99-A-654 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-758/2018 nömrəli, xx.xx.2018ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023-cü il tarixli arayışından məlum olmuşdur ki, sözügedən icra sənədi üzrə borcun yaranmasına səbəb olmuş kredit restrukturizasiya edilmişdir və borclu X2 bank qarşısında heç bir öhdəliyi mövcud deyildir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, işdə iştirak edən şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ləğv prosesində olan Tələbkar ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 21 iyul 2023-cü il tarixli, **********567 №-li arayışından görünür ki, "xxxx" ASC ilə borclu X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit müqaviləsi üzrə X4 18 (on səkkiz) ay müddətinə 5000 (beş min) AZN məbləğində kredit verilmişdir və xx.xx.2020-ci il tarixli LM022000557 saylı restrukturizasiya müqaviləsi üzrə 60 (altmış) ay müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə, 3850.53 (üç min səkkiz yüz əlli manat 53 qəpik) AZN məbləğində kredit restrukturizasiya edilmişdir. xx.xx.2023-cü il tarixinə yuxarıda qeyd olunan restrukturizasiya edilmiş müqavilə üzrə X2 bank qarşısında borc öhdəliyi mövcud deyildir. İş materiallarında olan, Yasamal rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd olunur ki, borclu X1 və Borclu cəmi 4904 manat məbləğində pul tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Borclu tərəfindən təqdim edilmiş ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023-cü il tarixli arayışından məlum olmuşdur ki, sözügedən icra sənədi üzrə borcun yaranmasına səbəb olmuş kredit restrukturizasiya edilmişdir və borclu X3 bank qarşısında heç bir öhdəliyi mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir.İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə təqdimata əlavə olunmuş sənədləri və icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, Yasamal rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6418/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-758/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Suzuki GSX-R1000ZL3 Motosikl” markalı, 99-A-654 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-758/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Suzuki GSX-R1000ZL3 Motosikl” markalı, 99-A-654 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №8(004)-479/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-479/2023
07.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver