Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-480/2023 04.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Səmra Elçin qızının katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(004)-2228/20212 saylı, 09 dekabr 2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi” barədə təqdimatına Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-233/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatı təmin edilmiş, borclu X2 mülkiyyətində olan “X5” minik markalı, **- LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-233/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, borclu X2 mülkiyyətində olan “X5” minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 2228/2021-009 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, borclu X1 xx.xx.2021-ci il tarixinə yaranmış 36737 manat məbləğində icarə haqqı borcu Azərbaycan Respublikasının İktisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN: **********) Xidmətinin Mərkəzi Bankının Əməliyat İdarəsindəki AZ53NABZ**********0000003944 Saylı hesabına (kod 501004,AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T BİK NABZAZ2C) köçürülməlidir. İcra tədbirləri həyata keçirilən zaman müəyyən olunmuşdur ki, borclu X2 mülkiyyətində “X5” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə göstərilən avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdimat yazılmış, məhkəmənin 8(004)-233/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu X2 mülkiyyətində olan “X5” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcraat zamanı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə borclu tərəfindən təqdim edilmiş qəbzlərdən borc məbləğinin tam şəkildə ödənildiyi məlum olmuşdur. Zərurət aradan qaldırıldığı üçün borclu X3 məxsus “X5” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Yasamal Rayon Məhkəməsinin müvafiq qərardadları ilə qoyulmuş həbsin götürülməsi məqsədəmüvafiq hesab edilir. Göstərilənləri nəzərə alaraq borclu X3 məxsus “X5” minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılması xahiş olunmuşdur. İcra sənədi üzrə icra məmuruna, borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan icra məmurunun təqdimatına baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, borclunun əmlaklarının üzərinə qoyulmuş həbs götürülməlidir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin rəisi Pərviz Zəkəriyyəyev tərəfindən təsdiq edilmiş 25 iyul 2023-cü il tarixli qərardan görünür ki, icra sənədi tam şəkildə təmin olunduğundan Bakı Kommersiya Məhkəməsinin 2-2(004)-2228/20212 saylı, 09 dekabr 2021ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-233/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 mülkiyyətində olan avtomobilin üzərinə qoyulmuş həbsin saxlanmasına zərurət qalmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162, 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-233/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu X2 mülkiyyətində olan “X5” minik markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-480/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-480/2023
04.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver