Məhkəmə qərarları › İş №8(004)-483/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-483/2024

21.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-483/2024 21.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-X4, Məhkəmə iclasının katibi X3, Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Borclu, Tələbkar iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-483/2024 saylı qərardadından iş üzrə icra məmuru X2 tərəfindən verilən ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1029/2023 saylı, xx.xx.2018- cı il tarixli icra sənədinin icrası ilə bağlı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. İcra məmuru X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1029/2023 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqi üzrə mövcud olan 3860 manat məbləğində borcdan 3800 manat ödənildiyi üçün təqdimatın geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, icra məmuru X1 təqdimatın geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra məmuru X2 tərəfindən verilmiş təqdimat geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar