Məhkəmə qərarları › İş №8(004)-484/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-484/2022

05.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-484/2022 05.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyevin əmlak üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmə iclasından kənar baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Jeep Wrangler” minik markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-355/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X1 yekinlik yaşına çatanadək saxlaılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Borclu hər ay 250 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə qanunamüvafiq qaydada icraata başlanılmışdır. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu - Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Daha sonra əldə edilən məlumata əsasən Borclu mülkiyyətində tələbin yönədilə biləcəyi “Jeep Wrangler minik ” markalı, **-RH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, tələbin dərhal icrası haqqında bildirişdən görünür ki, Borclu həmin bildirişi göndərilmişdir. Məhkəmə, təqdimatı və icra işinin materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, borclu icra vərəqi üzrə borcunu ödəməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, borcun ödənilməsi məqsədilə əmlak üzərinə həbs qoyulmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, məhkəmə icraçısı məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-355/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “Jeep Wrangler” minik markalı, **-RH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulsun. Qərardadın icrası Yasamal rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada tərəflərə verildikdən sonra 10 gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar