Məhkəmə qərarları › İş №8(004)-484/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-484/2023

09.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-484/2023 09.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4666/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclular Borclu1 və X2 mülkiyyətində olan avtomobillərin üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyev təqdimatla məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4666/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclular xx.xx.1859cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 mülkiyyətində olan "QAZ 31029" minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə və xx.xx.1959-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan borclu X2 mülkiyyətində olan “Mercedes Benz C 32 AMG” minik markalı, 90-50-032 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyularaq, Azərbaycan Respublikası DİN BDYPİ-nin mühafizə olunan duracağına qoyulmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4666/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, İcra sənədi üzrə Borclu1 və X1 7105.15 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "X5" ASC-nin xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il tarixli qərarla icra sənədinin icraatına başlanılmış və həmin tarixdə Borclu1 və X3 tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Məcburi icra tədbirləri zamanı borclunun banklarda və digər kredit təşkilatlarında əmanətləri və digər qiymətli kağızları aşkar edilməmişdir. Elektron icra-informasiya sistemindən müəyyən edilmişdir ki, Borclu1 adına “QAZ 31029" minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı və X2 adına “Mercedes Benz C 32 AMG" minik markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı neqliyyat vasitəsi qeydiyyatdan keçmişdir. Belə olan halda tələbin sözü gedən əmlaka yönəldilməsi üçün Borclu1 və X2 adına qeydiyyatdan keçən daşınar əmlak üzərinə həbs qoyulması məqsədəmüvafiq hesab edilir. İcra işi üzrə icra məmuruna, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, tərəflərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və icra işini araşdıraraq hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxta borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Avtomabillərin cərimə meydançasına yerləşdirilməsi borcluların mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxaracağından təqdimat həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsinə və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4666/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclular Borclu1 mülkiyyətində olan "QAZ 31029" minik markalı, **- BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və X2 mülkiyyətində olan “Mercedes Benz C 32 AMG” minik markalı, 90-50-032 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulsun. Təqdimat digər hissədə təmin edilməsin. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Yasamal Rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası DİN BDYPİ-nə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar