Məhkəmə qərarları › İş №8(004)-485/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-485/2023

08.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-485/2023 08.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2600/2022 saylı, xx.xx.2022-ci il, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-874/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1987-ci il tarixdə anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 1, ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il və xx.xx.2013-cü il tarixli qərarla icraatlarına başlanılmış Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)- 2600/2022 saylı, xx.xx.2022-ci il, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 874/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədlərinə əsasən xx.xx.1987-ci ildə anadan olmuş və Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 1, ünvanında qeydiyyatda olan Borclu 1131 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar və 1000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar Şəkirova (Əhədova) Elmira Rəşid qızının xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə təkrarən icra sənədi üzrə Borcluına icra olunması üçün göndərilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Borclu şöbədə olarkən icra sənədinin icrasının təmin edilməsi ilə bağlı rəsmi bildiriş təqdim olunmuşdur. Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2600/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borcluına dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq Tələbkar bu günə kimi cəmi 381 manat məbləğində pul vəsaiti ödənilmiş və bu günə olan qalıq borc 750 manat təşkil edir. Həmçinin Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-874/2013 saylı, xx.xx.2013cü il tarixli icra sənədi üzrə Borclu tələbkar Şəkirova (Əhədova) Elmira Rəşid qızı bu günə kimi cəmi 300 ABŞ dolları məbləğində pul və saiti ödənilmiş və bu günə olan qalıq borc 700 ABŞ dolları təşkil edir. İcraat zamanı “Elektron İcra” İnformasiya sistemindən əldə olunan məlumata əsasən icra sənədi üzrə Borclu tez-tez ölkə sərhədlərini tərk edir. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara, borcluya və icra məmuruna qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işlərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə olunmuş: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-874/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə vurulmuş maddi zərərin əvəzi kimi Borclu 1000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar Şəkirova (Əhədova) Elmira Rəşid qızının xeyrinə ödənilməlidir. xx.xx.2013-cü il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-874/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış, Borcluına icra sənədində göstərilən tələbi 10 gün müddətində təmin etməsi təklif olunmuşdur. Borclu qərarın surətini xx.xx.2021-ci il tarixdə almışdır. xx.xx.2013-cü il tarixli, xx/xx-6242/4 saylı, tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-874/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması borcluya təklif olunmuşdur. Borclu xx.xx.2021-ci il tarixdə bildirişi imza etməklə qəbul etmişdir. xx.xx.2021-ci il tarixdə Borclu Bakı Şəhər Yasamal Rayon icra və Probasiya şöbəsinə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-874/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi barədə verdiyi İzahatdan görünür ki, o həmin icra sənədindən xəbərdardır. Maddi imkanının olmadığı üçün ödənişi tam şəkildə ödəyə bilməmişdir. İcra sənədi üzrə bu günə qədər 300 ABŞ dolları ödəniş etdiyini, hər ay 100 manatdan az olmayaraq ödəniş edəcəyini, adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlakının olmadığını, aidiyyəti təşkilatlarda qiymətli kağızlarının və ya əmanətinin olmadığını bildirmişdir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən Borclu edilmiş xx.xx.2023-cü il tarixli xəbərərdarlıq məktubundan görünür ki onun barəsində icra sənədinin könülü icra olunmadığı üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunacağı bildirilmişdir Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2600/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu qı zından 1131 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. xx.xx.2022-cİ il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2600/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış, Borclu icra sənədində göstərilən tələbi 10 gün müddətində təmin etməsi təklif olunmuşdur. xx.xx.2022-ci il tarixli, e187079/2022-53-31-003 saylı, tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2600/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması borcluya təklif olunmuşdur. Borclu xx.xx.2022-ci il tarixdə bildirişi imza etməklə qəbul etmişdir. xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən Borclu edilmiş xəbərərdarlıq məktublarından görünür ki onun barəsində icra sənədinin könülü icra olunmadığı üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət olunacağı bildirilmişdir xx.xx.2023-cü il tarixdə Borclu Bakı Şəhər Yasamal Rayon icra və Probasiya şöbəsində Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2600/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədi barədə verdiyi izahatdan görünür ki, o həmin icra sənədindən xəbərdardır. Maddi imkanının olmadığı üçün ödəyə bilməmişdir. İcra sənədi üzrə bu günə qədər 330 manat ödəniş etdiyini, avqust ayına qədər yalnız yarısını ödəyə biləcəyini, adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlakının olmadığını, aidiyyəti təşkilatlarda qiymətli kağızlarının və ya əmanətinin olmadığını, eyni zamanda o gün üçün sadəcə 50 manat ödəyə bildirmişdir. O İcra məmurunun çağırışlarından yayınmır, hərdənbir ölkə sərhədlərini də bacısının aldığı biletlə onun uşaqlarına baxmaq üçün tərk edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə icra işlərini araşdıraraq, icra işlərindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Bunun nəticəsində qanuni qüvvəyə malik məhkəmə qərarı əsasında verilmiş icra sənədləri icra olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-874/2013 saylı, xx.xx.2013-cü il tarixli, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2600/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu – xx.xx.1987-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-874/2013 saylı, xx.xx.2013-cü il tarixli, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2600/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu – xx.xx.1987-ci il tarixdə anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 1, ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar