Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-486/2022 19.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəhruz Bayramov Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9759/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “Mersedes E200D” minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9759/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 1316,39 manat məbləğində borc pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar İKB ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-458/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan Mersedes E200D” minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə təqdim olunmuş qəbzə əsasən icra sənədi üzrə müəyyən edilmiş borc məbləği tam olaraq ödənilmişdir. Belə olan halda, Borclu məxsus daşınar əmlakın üzərinə qoyulmuş həbsin götürülməsini məqsədə müvafiq hesab edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 9759/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, Borclu cəmi 1316,39 manat məbləğində borc pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar İKB ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-458/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan Mersedes E200D” minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən Yasamal rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Borclu tərəfindən borc ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun əmlakı üzərinə həbs qoyulması üçün əsaslar aradan qalxdığından, təqdimat təmin olunmalı, icra sənədi üzrə Borclu məxsus Mersedes E200D” minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Тəqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9759/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu məxsus Mersedes E200D” minik markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(004)-486/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-486/2022
19.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver