Məhkəmə qərarları › İş №8(004)-486/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-486/2023

31.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-486/2023 31.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-X6, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3026/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə cavabdeh X3 qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3026/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X2 13776 manat əsas borc, əsas məbləğin ödənilməsinin gecikdirilməsi vaxtı üçün illik 5%-lə hesablanmış 829,85 manat pul və ödənilmiş 135,17 manat məbləğində dövlət rüsumunun iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. Hazırda ərizəçi X5 ərizə ilə məhkəməyə müraciət edərək, əsas borcdan ödənilməli olan pulun yarısının, 829,85 manat faiz borcu və ödənilmiş 135,17 manat məbləğində dövlət rüsumunun silinərək yerdə qalan məbləğin hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, o, 2014-cü il tarixindən iddiaçının rəhbərlik etdiyi çörək sexində işçi kimi qeyri rəsmi işə qəbul olmuşdur. O, işlədiyi vaxtdan özünə məxsus avtomobil ilə çörək paylamış, iddiaçı onu işə götürərkən hər ay 200 manat aylıq benzin pulu verməyi öhtəsinə götürmüşdür. O, həmin çörək sexində 8 il işləmişdir. İşlədiyi dövrdə iki ilin pulunu ona ödəyib, altı ilin pulunu isə ödəməyib. O, altı il benzin pulunu öz vəsaiti hesabına ödəmişdir. Bu məbləğ isə 14400 manat edir. Belə ki, o, hal-hazırda gözətçi işləyir və maşını ilə sürücülük edir. Ailəsini bu yolla saxlayır, başqa dolanacaq yeri və köməyi yoxdur. Ailədə tək işləyən odur. Ailəsinə güclə yemək pulu çatdırır. Bu qədər pulu ödəyə bilmər. Dediklərinə əsasən əslində onun iddiaçıya heç bir borcu yoxdur, o, altı il pulsuz işləmişdir. Ona heç bir mahiyyətini başa düşmədiyi potokola qol çəkdirib. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, X1 ərizəsi baxılmadan geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, borclu qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə yekun məhkəmə aktı qanuni qüvvəsini alıb icra edilməsi üçün İcra şöbəsinə yönəldikdən, yəni qəbul edilmiş akt üzrə icra sənədi verildikdən sonra müraciət edə bilər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3026/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi isə qanuni qüvvəsini almamış, qətnamə üzrə icra sənədi verilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X1 tələbi qeyrimüəyyən olmaqla aydın şəkildə göstərilməmişdir. Ərizəçi ərizəsindən məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcun bir qisminin silinməsi və qalan məbləğin hissəhissə ödənilməsini xahiş edir. Halbuki ərizəçiyə izah olunmalıdır ki, qəbul edilmiş məhkəmə qətnaməsindən nazarı qaldığı təqdirdə apellyasiya məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsi 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün X1 qətnamənin icra üsulunun dəyişdirilməsi tələbinə dair ərizəsi geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılmasındakı nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar