Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-488/2023 15.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-783/2023 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi qaydada gətirilməsi haqqında Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-783/2023 nömrəli icra sənədinə əsasən Borclu 4.850 manat pul tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılov xx.xx.2023cü il tarixdə təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məcburi qaydada Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli icra sənədi xx.xx.2023-ci ildə icraata qəbul edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilərək, bildiriş vasitəsi ilə Borclu göndərilmiş, lakin borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gəlib izahat verməkdən yayınır. İcra sənədi üzrə tələbkara, borcluya və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə təqdimatı və iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu məcburi qaydada Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gətirilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu üzürlü səbəblər olmadan icra məmurunun çağırışı ilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gəlməkdən yayınır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburudir. “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən, “İcra haqqında” Qanunun 3.1, 84.2-ci maddəsini və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-783/2023 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu - ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2a yaşayan xx.xx.1990-cı il təvəllüdlü Borclu (FİN: xxxxxxx) məcburi qaydada Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №8(004)-488/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-488/2023
15.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver