Məhkəmə qərarları › İş №8(004)-489/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-489/2024

28.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-489/2024 28.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, X2, İcra məmuru Allahverdiyev İlqarın iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)- 2831/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)- 2831/2024 saylı qətnaməsinə əsasən cavabdeh X3 5.992,47 manat məbləğində pul və 90,69 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar MMC-yə ödənilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-2831/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Tələbkar MMC cavabdeh X5 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 xx.xx.2023cü il tarixli 10823866 nömrəli müqaviləyə əsasən nisyə aldığı İMEİ kodu **********96336 Samsung Galaxy S22 ültra markalı telefonun ödənilməmiş qalan 2.961 əsas borc və 100 manat cərimə; xx.xx.2023-cü il tarixli 10824077 nömrəli müqaviləyə əsasən nisyə aldığı İMEİ kodu SGKİXHXLP6Y7 olan İpad pro 11 markalı planşetin dəyərindən ödənilməmiş qalan 2.902,16 manat əsas borc, 100 manat cərimə və ödənilmiş 90,69 manat məbləğində dövlət rüsumunun tutularaq Tələbkar MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Məlumat üçün borclu bildirir ki, onun 1.579 manat təqaüdü olsa da, təkcə xəstəlik müalicəsi ilə bağlı "xxxx" ASC-də aldığı kreditə görə banka hər ay 356 manat ödəniş edir, bəzən Tələbkar MMC-nin hesabına iki ayın pulunu, yəni 700 manatdan artıq pul, eləcə də, digər ödənişləri cəmi 200 manat çıxılmaqla onun təqaüdündən cəmi 1/3-dən də az pul qalır ki, bu da, nə müalicələrinə, nə də gündəlik yaşayış minimumlarının təmin olunmasına tamamilə çatmır. Məhkəmə iclasında iştirak edən X2 ərizənin mahiyyətinə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra məmuru Allahverdiyev İlqar ərizənin təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. İcra sənədi üzrə Tələbkar MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri Rauf Süleymanlı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığından, iclasın tələbkarın iştirakı olmadan keçirilməsini və ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunan sənədləri, icra işini araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)- 2831/2024 saylı icra sənədindən görünür ki, cavabdeh X3 5.992,47 manat məbləğində pul və 90,69 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar MMC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-2831/2024 saylı icra sənədi üzrə icraata başlanılması, X2na 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi barədə təklifin olunması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-2831/2024 saylı icra sənədinin könüllü icrası barədə borcluya məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə içra edilməsi, qətnamənin içra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-2831/2024 saylı icra vərəqəsi ilə X2 tərəfindən ödənilməli olan pulun hissə-hissə icra etməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 2831/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar