Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-49/2023 25.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(004)-559/2020 saylı qərardadı ilə borcluya məxsus əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək, borclunun mülkiyyətində olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6053/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 8600 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bununla əlaqədar müvafiq olaraq xx.xx.2020-ci il tarixdə başlanmış icraat zamanı sözügedən vəsaitin Borclu tərəfindən könüllü ödənilməsi təmin edilməmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə borclunun əmlak və gəlirlərinin olub-olmamasını yoxlamaq məqsədilə müvafiq təşkilatlara sorğular edilmiş, lakin onun pul vəsaitləri və gəlirləri aşkar olunmamışdır. İcraat zamanı Borclu məxsus olan “Nıssan Qashqai” minik markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-559/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4432/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən isə “NİSSAN QASHQAİ” minik markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ½ hissədə Borclu və ½ hissədə X1 bərabər payları tanınmışdır. İcraat zamanı tərəflərin qarşılıqlı razılığına əsasən sözügedən avtomobilin dəyəri 22000 manat müəyyən edilmişdir (əsas tərəflərin razılığı). İş üzrə Tələbkar qeyd olunan avtomobil təklif olunmuş və tələbkar X1 da payını ödəməklə təklifi qəbul etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakları olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə olunmuş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli və avtomobil üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün avtomobilin üzərindən həbs götürülməlidir. Göstərilənlərə əsasən və MPM-nin 263, 264, 266 və 267-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Təqdimat təmin edilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(004)-559/2020 saylı qərardadı ləğv edilsin. Borclu mülkiyyətində olan “Nissan Qashqai” markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №8(004)-49/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-49/2023
25.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver