Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-490/2023 16.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-797/2021 saylı 25 fevral 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Yasamal İcra Şöbəsinin icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarından tələbkar X4 tərəfindən verilmiş şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-797/2021 saylı 25 fevral 2021-ci il tarixli icra sənədinə əsasən iddiaçı X2 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi qərara alınmışdır. Yasamal İcra Şöbəsinin icra məmurunun icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarına əsasən icraata xitam verilməsi qərara alınmışdır. Hazırda tələbkar X1 İcra Şöbəsinin icra məmurunun icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-797/2021 saylı 25 fevral 2021-ci il tarixli icra sənədinə əsasən iddiaçı X2 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icraatına daxil olmuşdur. İcraat zamanı Borclu ilə aralarında hər ay ona 70 manat vermək müqabilində evə getməyəcəyi barədə razılığa gəldi və icra şöbəsində icra məmuru tərəfindən aktlaşdırılaraq xx.xx.2021-ci il tarixli qərarla icraata xitam verilmişdir. Lakin Borclu ödənişlər etməməyə başladı və belə olduğu halda onun maddi vəziyyətində çətinliklər yarandı, eyni zamanda xəstə olduğu üçün işləyə bilmir və yaşayacaq evi yoxdur. Məhkəmə iclasında iştirak edən Borclu şikayətə etiraz edərək tələbkarla aralarında olan razılaşmaya uyğun olaraq hər ay 70 manat pulu ödəyir. Bir ay gec ödədiyi üçün tələbkar şikayət edir. Ona görədə şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş üzrə digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə digər tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, şikayətə əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 797/2021 saylı 25 fevral 2021-ci il tarixli icra sənədinə əsasən iddiaçı X2 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi qərara alınmışdır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.5-ci maddəsinə görə, tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Bundan başqa, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci və 18-ci maddələrində icra sənədi üzrə icraatın məcburi dayandırılması halları və icraatın dayandırılmasının mümkün olduğu hallar göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-797/2021 saylı 25 fevral 2021-ci il tarixli icra sənədinə əsasən tələbkar X4 tərəfindən verilmiş icra məmurunun qərarından verilmiş şikayət əsassızdır. Ona görə də, məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-797/2021 saylı 25 fevral 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Yasamal İcra Şöbəsinin icra məmurunun icraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından tələbkar X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №8(004)-490/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-490/2023
16.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver