Məhkəmə qərarları › İş №8(004)-492/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-492/2023

16.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-492/2023 16.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Tələbkar X2, Tələbkarın nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Erol Kazımlının ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh Borclu qarşı “nikahın pozulması, uşağın valideynin yanında qalması və aliment” tələbinə dair iddiası təmin edilərək X5 ilə Borclu arasında 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində 11 avqust 2017-ci il tarixdə 2161 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması və tərəflərin birgə nikahından doğulmuş 18 avqust 2018-ci il təvəllüdlü X1 anası X2 yanında saxlanması uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh Borclu qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Erol Kazımov icra sənədinin izah olunması barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində X1 anası X2 yanında qalması onun məcburi qaydada Borclu alınıb verilməsini nəzərdə tutulub-tutulmaması barədə izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi və vəkili X7 ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə borclu və icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən onların iştiakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, icra orqanının qətnaməyə izah verilməsi barədə ərizəsi təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə qətnamənin izah edilməsində məqsəd qətnamədə olan aydın olmayan xüsusatların izah yolu ilə aradan qaldırılmasıdır. Məhkəmə hesab edir ki, sözügedən qətnamə kifayət qədər aydın yazılmışdır və “qət etdi” hissəsində heç bir anlaşılmazlıq yoxdur. Belə ki, qətnamənin nəticə hissəsində yetkinlik yaşına çatmayan X1 anası X2 yanında qalması müəyyən edilmiş, uşağın atası Borclu alınaraq anaya verilməsi və ananın yanında qalması nəticəsi qət edilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsin izah yolu ilə geniş formada təfsir olunması, əlavə hüquqi nəticələrə səbəb olması yolverilməzdir. Qətnaməyə yalnız qətnamənin mahiyyətini, gəlinən konkret nəticəni dəyişməmək şərtilə məhdud çərçivədə izah verilə bilər. İzahın mahiyyəti aşkar qeyri-müəyyənliklərin aradan qaldırılmasıdır. Məhkəmə izah edir ki, X5 tərəfindən Borclu qarşı övladı X1 cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddia tələbinin qaldırılması yolveriləndir. Göstərilənlər nəzərə alınmaqla məhkəmə qeyd edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində X1 anası X2 yanında qalması onun məcburi qaydada Borclu alınaraq X4 verilməsini nəzərdə tutmur. Beləliklə, məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Erol Kazımovun Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi əsassız olduğundan, təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 230-cu və 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Erol Kazımovun Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində X1 anası X2 yanında qalması onun məcburi qaydada atası Borclu alınaraq anası X4 verilməsini nəzərdə tutmur. İzah edilir ki, X2 Borclu qarşı övladı X1 cavabdehdən alınaraq iddiaçı X4 verilməsi barədə iddia tələbinin qaldırılması yolveriləndir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar