Məhkəmə qərarları › İş №8(004)-493/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-493/2023

31.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-493/2023 31.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Borclunun nümayəndəsi Nümayəndə iştirakı ilə X1 Yasamal Rayon Məhkəməsinin e-2(004)-1464/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1464/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4862,54 manat əsas, 1,65 manat faiz, 0,28 manat cərimə, cəmi 4864,47 manat borc və 68,65 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. X2 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1464/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə "xxxx" ASC-yə ödənilməli olan 4933.12 manat məbləğində pul vəsaitinin 28 ay müddətində, hər ay 175 manat ödənilməklə hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu qətnamə qəbul olunanadək qüvvədə olmuş qrafik üzrə ödənişlərini davamlı olaraq həyata keçirir və bunu borc bitənədək davam etdirəcəkdir. Məhz borclunun hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə məqsədi də borcunu əvvəlki qrafikə uyğun və məbləğdə həyata keçirməklə bağlıdır. Nəzərə alsaq ki, borclunun aliment öhdəlikləri də mövcuddur, bu halda tələbin onun əmək haqqına yönəldilməsi onu maddi cəhətdən çox çətin vəziyyətə salacaqdır. Digər tərəfdən, borcun əvvəlki qrafikə uyğun ödənilməsinin tələbkarın da mənafeyinə zidd olmamasını nəzərə almaqla, ondan tələb olunan 4933,12 manat məbləğində pul vəsaitinin 28 ay müddətində hər ay 175 manat ödəməklə qaytarılması borclunun maddi imkanları çərçivəsindədir. Məhkəmə iclasında borclunun nümayəndəsi ərizənin məzmununa uyğun izahat vermiş, Yasamal Rayon Məhkəməsinin e-2(004)-1464/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tələbkar və digər borclular məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən ərizəyə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun nümayəndəsinin izahatını, ərizəni, ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, borclunun ərizəsi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq, məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Həmin Məhkəmənin «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və həmin qərarlarında Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 Yasamal Rayon Məhkəməsinin e-2(004)-1464/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Ərizə rədd edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar