Məhkəmə qərarları › İş №8(004)-493/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-493/2025

18.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-493/2025 18.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-290/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4518/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayev təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1ci maddəsini rəhbər tutaraq, borclu xx.xx.1978-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdaa olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli qərarla icraata başladığı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-290/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün X1 qazancının (başqa gəlirlərinin) hər ay 1/3 hissəsi miqdarında və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Həmçinin, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4518/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu icra olunması üçün göndərilmişdir. Həmçinin görülmüş bütün icra tədbirləri barədə xəbərdalıq xx.xx.2025-ci il tarixdə icra şöbəsində iş üzrə borcluya rəsmi təqdim olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu əmək haqqından alimentdə yaranmış borc aradan qalxanədak 70% miqdarında, borc aradan qalxdıqdan sonra isə hər ay üçün cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar bank hesabına ödənilməsi üçün xx.xx.2025-ci il tarixdə tərəfimizdən işlədiyi müəssisəyə məktub göndərilmişdir. İcraat zamanı Borclu dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq icra sənədi üzrə tələb təmin edilməmişdir. İcraat dövründə borclu tərəfindən müəyyən vaxtlarda aliment pulundan ödənişlər olunub, lakin hazırda qaıq borc 12.356 manat aliment borcu təşkil edir. Aparılmış icra tədbirləri nəticəsində əldə edilmiş şifahi məlumata əsasən Borclu ölkə hüdudlarından kənara çıxmağa hazırlaşır. Belə olan halda məhkəmə qərarları əsasında verilmiş icra sənədlərini icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatın təmin olunmamasını xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, icra sənədi üzrə 12356 manat borcundan 3000 manat ödəyib, 9356 manat borcu qalıb. Tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, icra işini və materialı araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, icra məmurunun təqdimatından görünür ki, icra sənədləri icraata qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu tərəfindən ödənilməli olan borcun ödənilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu X3 icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Qeyd olunan icra sənədi icra olunması üçün Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir və icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə, müvafiq icra tədbirləri həyata keçirilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-290/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanması üçün Borclu qazancının (başqa gəlirlərinin) hər ay 1/3 hissəsi miqdarında və hər ay hər uşağa görə 60 (altmış) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2014-cü il tarixli İcraata başlamaq haqqında qərarına əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-290/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən Borclu Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-290/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4518/2021 nömrəli, xx.xx.2021-cü il tarixli icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılmalı və hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli İcraata başlamaq haqqında qərarına əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4518/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən Borclu Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4518/2021-007 nömrəli, xx.xx.2021-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” xx.xx.2022-ci il tarixli və xx.xx.2014-cü il tarixli qərarın, tələbin könüllü icrası haqqında bildirişlərin borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədlərinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədlərinin icrasının çətinləşəcəyini, ödənilməmiş məbləği nəzərə alaraq hesab edir ki, icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-290/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4518/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu - xx.xx.1978-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar