Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-495/2024 01.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Borclu mülkiyyətində olan “Vaz 21074” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Yasamal rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu İlqar Allahverdiyevin təqdimatına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru l dərəcəli ədliyyə qulluqçusu İlqar Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək Borclu mülkiyyətində olan “Vaz 21074” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4660/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 2439.40 məbləğində pul vəsaitinin tutularaq tələbkar «Ferrum Kapital” MMC-nin xeyrinə ödənilməsi müəyyənləşdirilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “Vaz 21074” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-467/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Sözügedən icra işi üzrə tələb təmin olunmuşdur. Qeyd olunanları nəzərə alaraq borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məhkəmədə xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq icra məmuru, borclu və tələbkar məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdirlər. Belə ki, iş materiallarında olan tələbkar «Ferrum Kapital” MMC-nin Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4660/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələb icra olunmuş, tələbin tam icra olunması əsası ilə icra işi üzrə icraata və tədbirlərin xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4660/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə tələbin təmin olunması əsası ilə icra işinə xitam verilmişdir. Məhkəmə iş materiallarını və təqdimatı araşdıraraq hesab edir ki, Borclu mülkiyyətində olan “Vaz 21074” minik markalı, **-ZT-*** dövlət qeydiyyat avtomobilin üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması zərurəti hüquqi baxımdan aradan qalxdığından, sonuncunun qeyd olunan avtomobil üzərində mülkiyyət hüquqlarının tam şəkil bərpa edilməsi zərurəti nəzərə alınmaqla təqdimat əsaslı olduğundan təmin edilməli və sözügedən avtomobilin üzərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 467/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə, Azərbaycan Respublikası MPM-nin 162-ci, 263-264-cü və 266-269-cu maddələrinə əsasən QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-467/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Vaz 21074” minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №8(004)-495/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-495/2024
01.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver