Məhkəmə qərarları › İş №8(004)-496/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-496/2023

04.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-496/2023 04.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Ərizəçi X1 qızının Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1830/2023 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi ilə bağlı icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə məhkəmə iclasından kənar baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi X1 qızı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1830/2023 saylı, xx.xx.2022ci il tarixli icra sənədi ilə bağlı icra üsulunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1830/2023 saylı xx.xx.2023 il tarixli icra vərəqəsinə əsasən X3 qətnamə üzrə ona ödəməli olduğu pul məbləğləri ilə onun Abşeron rayonu, Masazır kəndi, ev 1 F, 48 saylı mənzildən özünə məxsus əşyalar-mətbəx mebeli, yataq dəsti, 03 ədəd şkaf, 1 ədəd qarderob, divan, soyuducu, paltaryuyan və kitablar (uşaqların dərslikləri) çıxarılması eyni vaxtda icra edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirdərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizənin formasından və əsaslandırılmasından müəyyən olunur ki, ərizəçi qətnamənin icra üsulunun dəyişdirilməsini tələb edir, lakin ərizənin məzmunundan müəyyən olunur ki, mahiyyətcə ərizəçinin xahişi qətnaməyə izah verilməsi barədədir. Məhkəmə hesab edir ki, ərizəçi ərizəsini öz xahiş və tələbinə uyğun tərtib etmədiyindən ərizə geri qyatarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qyatarılır. Beləliklə məhkəmə qeyd edir ki, ərizəçinin hazırki ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalı və ona “qətnaməyə izah verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263, 264 268-ci maddələrinə əsasən QƏRARAALDİ: Ərizəçi X1 qızının Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1830/2023 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi ilə bağlı icra üsulunun dəyişdirilməsi barədə ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar