Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-496/2024 29.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4657/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə “Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyev Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4657/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il tarixdə ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4657/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İş üzrə Borclu xx.xx.2019-cu il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Bu səbəbdəndə borcun ödənilməsi təmin edilməmişdir. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiq hesab edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4657/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 02 iyul 2018-ci il tarixdən başlayaraq 06 dekabr 2014-cü il təvəllüdlü X1 və 14 yanvar 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa 154 (yüz əlli dörd) manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4657/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsində icraat başlanılmışdır. Borclu icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, həmçinin sənədin kötüyünə imza etdirilməklə təqdim edilmişdir. Məhkəmə iş materiallarını və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.1-ci maddəsinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə ödənilməli olan borcun məbləğini, digər icra tədbirlərinin nəticə vermədiyini və görülən icra tədbirinin icra sənədinə mütənasibliyini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-1-ci maddəsinə əsasən məhkəmə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Təqdimat təmin edilsin. Borclu ölkədən getmək hüququ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4657/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №8(004)-496/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-496/2024
29.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver