Məhkəmə qərarları › İş №8(004)-497/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-497/2023

17.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-497/2023 17.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan avtomobillərin üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Erol Kazımlıin təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Erol Kazımlı təqdimatla məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4689/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu xx.xx.1985-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu mülkiyyətində olan "Kamaz 54515 Yük" markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı və “Kamaz Yük” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyularaq, Azərbaycan Respublikası DİN BDYPİ-nin mühafizə olunan duracağına qoyulmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli qərarla icrasına başlanmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən Borclu 9030 manat pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəbgöstərilməmişdir. “Elektron icra” informasiya sistemindən məlum olmuşdur ki, Borclu mülkiyyətində “Kamaz 54515 Yük” markalı, “**-CL-***” dövlət qeydiyyat nişanlı və “Kamaz Yük” markalı, “**-CU-***” dövlət qeydiyyat nişanlı avtomobillərin olduğu müəyyən edilmişdir. İcra işi üzrə icra məmuruna, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, tərəflərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və icra işini araşdıraraq hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxta borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Avtomabillərin cərimə meydançasına yerləşdirilməsi borclunun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxaracağından təqdimat həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsinə və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4689/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclular Borclu mülkiyyətində olan "Kamaz 54515 Yük" markalı, **- CL-*** dövlət qeydiyyat nişanlı və “Kamaz Yük” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulsun. Təqdimat digər hissədə təmin edilməsin. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Yasamal Rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası DİN BDYPİ-nə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar