Məhkəmə qərarları › İş №8(004)-497/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-497/2025

15.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-497/2025 15.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-640/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru Səvxan Abasovun “borclunun əmlakı üzərinə həbs qoyulması barədə” təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru Səvxan Abasov Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-640/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə Borclu mülkiyyətində olan əmlakın 1/2 hissədə pay hüququ üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icrasına başlanmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-640/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 32 ünvanında yerləşən 3 saylı mənzilə və "xxxx" MMC-də olan təsis payına Borclu ½ hissədə, Tələbkar 1/2 hissədə pay hüququ müəyyən edilmişdir. 2009-cu il buraxılışlı “X2” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 27.000 ABŞ dolları və 2016-cı il buraxılışlı, “Mercedes E 220 CDİ” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 35.000 ABŞ dolları məbləğində dəyərləndirilməklə nəqliyyat vasitələrinin ümumi dəyəri olan 62.000 ABŞ dollarının 1/2 hissəsi olan 31.000 (otuz bir min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində pul vəsaiti Borclu Tələbkar xeyrinə ödənilməlidir. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli) manatın ½ hissəsi olan 25 (iyirmi beş) manat iddiaçı Tələbkar və ½ hissəsi olan 25 (iyirmi beş) manat Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədilə 11.102024-ci il tarixli tələbin icrası ilə bağlı məktub Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan əmlakın 1/2 hissədə pay hüququ üzərinə həbs qoyulmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və təqdimat verən icra məmuru məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-640/2023 nömrəli icra vərəqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 32 ünvanında yerləşən 3 saylı mənzilə və "xxxx" MMC-də olan təsis payına Borclu ½ hissədə, Tələbkar ½ hissədə pay hüququ müəyyən edilsin. 2009-cu il buraxılışlı “X2” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 27.000 ABŞ dolları və 2016-cı il buraxılışlı, “Mercedes E 220 CDİ” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 35.000 ABŞ dolları məbləğində dəyərləndirilməklə nəqliyyat vasitələrinin ümumi dəyəri olan 62.000 ABŞ dollarının ½ hissəsi olan 31.000 (otuz bir min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində pul vəsaiti Borclu Tələbkar xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli) manatın ½ hissəsi olan 25 (iyirmi beş) manat iddiaçı Tələbkar və ½ hissəsi olan 25 (iyirmi beş) manat Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik:CTREAZ22) ödənilsin. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-640/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. Borclu icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, həmçinin sənədin kötüyünə imza etdirilməklə təqdim edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-429/2025 nömrəli qərardadına əsasən iddiaçı Borclu cavabdeh Tələbkar qarşı “ümumi əmlakdakı payın naturada bölünməsi, mümkün olmadıqda hərracdan satılması” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-429/2025 nömrəli qərardadına əsasən üzərində ½ hissədə Borclu, 1/2 hissədə Tələbkar pay hüququ müəyyən edilmiş Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 32 ünvanında yerləşən 3 saylı mənzilin likvid və real bazar qiymətlərinin müəyyən olunması üçün mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxta borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı Borclu cavabdeh Tələbkar qarşı Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 32 ünvanında yerləşən 3 saylı mənzilin naturada bölünməsi, mümkün olmadıqda hərracdan satılması tələbi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında 2(004)-429/2025 nömrəli mülki iş vardır və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-429/2025 nömrəli qərardadına əsasən həmin iş üzrə icraat dayandırılaraq üzərində ½ hissədə Borclu, 1/2 hissədə Tələbkar pay hüququ müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 109.30 kv.m olan mənzilin likvid (ilkin satış) qiyməti və real bazar qiymətinin öyrənilməsi məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Belə olan halda, məhkəmə hazırda məhkəmənin icraatında olan digər e-2(004)- 429/2025 nömrəli mülki iş üzrə çıxarılacaq qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün etməsi baxımından iş üzrə Borclu mülkiyyətində olan əmlakın 1/2 hissədə pay hüququ üzərinə həbs qoyulmasını məqsədəmüvafiq hesab etmir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 640/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru Səvxan Abasovun “borclunun əmlakı üzərinə həbs qoyulması barədə” təqdimatı təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar