Məhkəmə qərarları › İş №8(004)-5/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-5/2024

19.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-5/2024 19.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X11 oğlunun katibliyi, X3, İcra məmuru X7 iştirakı ilə, X4 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3557/2015 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli qərarı və icra işi üzrə tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktından verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3557/2015 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli qərarı və icra işi üzrə tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Ruslan Əsgərli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3557/2015 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədi üzrə 66 saylı mənzili deyil, X4na məxsus olan 64 saylı mənzili həmin icra işi üzrə Tələbkar verilmişdir. Bununla da, ərizəçinin mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru X9 şikayətin məzmununa uyğun izahat verərək şikayət ərizəsində qeyd olunanları qəbul etdiyini, binadakı mənzillərə ünvanlar verildikdən sonra mənzil nömrələrinin qarışdığını, icra şöbəsi tərəfindən ərizəçiyə məxsus mənzilin digər icra işi üzrə Tələbkar yanlışlıqla təhvil verilməsini bildirmiş, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3557/2015 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3557/2015 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən müəyyən edilir ki, cavabdeh Borclu MMC-nin üzərinə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici dairəvi küçə 2 ünvanında inşa etdiyi 10 mərtəbəli yaşayış binasında 3-cü blok, 10-cu mərtəbədə yerləşən ümumi sahəsi 165 kv.m. olan 4 otaqlı 75 saylı və 3-cü blok, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 165 kv.m. olan 4 otaqlı 66 saylı mənzilin iddiaçı Tələbkar faktiki sahibliyinə və istifadəsinə verilməsi vəzifəsi qoyulmuşdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 59 nömrəli müqaviləyə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici dairəvi küçə 2 ünvanında inşa etdiyi 10 mərtəbəli yaşayış binasında 3-cü blok, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 165 kv.m. olan 4 otaqlı 66 saylı mənzil Borclu MMC tərəfindən Tələbkar satılmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 59 nömrəli maliyyə arayışına əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici dairəvi küçə 2 ünvanında inşa etdiyi 10 mərtəbəli yaşayış binasında 3-cü blok, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 165 kv.m. olan 4 otaqlı 66 saylı mənzilin dəyəri Tələbkar tərəfindən tam ödənilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici dairəvi küçə 2 ünvanında inşa etdiyi 10 mərtəbəli yaşayış binasında 3-cü blok, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 165 kv.m. olan 4 otaqlı 64 saylı mənzil Borclu MMC tərəfindən X1. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 22 nömrəli maliyyə arayışına əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici dairəvi küçə 2 ünvanında inşa etdiyi 10 mərtəbəli yaşayış binasında 3-cü blok, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 165 kv.m. olan 4 otaqlı 64 saylı mənzilin dəyəri X8 tərəfindən tam ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-4646/2022 nömrəli qərarına əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici dairəvi küçə 2 ünvanında inşa etdiyi 10 mərtəbəli yaşayış binasında 3-cü blok, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 165 kv.m. olan 4 otaqlı 64 saylı mənzilin cavabdeh Borclu MMC-dən alınaraq iddiaçı X6 təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktın surətinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici dairəvi küçə 2 ünvanında inşa etdiyi 10 mərtəbəli yaşayış binasında 3-cü blok, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 165 kv.m. olan 4 otaqlı 66 saylı mənzil Tələbkar təhvil verilmişdir. Məhkəmə şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi əsaslı olduğundan təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra işi üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı icra məmuru X9 şikayətin məzmununa uyğun izahat verərək şikayət ərizəsində qeyd olunanları qəbul etdiyini, icra şöbəsi tərəfindən ərizəçiyə məxsus mənzilin digər icra işi üzrə Tələbkar yanlışlıqla təhvil verilməsini bildirmiş, şikayətin təmin olunmasını xahiş etmişdir. Səlahiyyətli orqan icra şöbəsinin səlahiyyətli şəxsinin sözügedən mövqeyini məhkəmə əsaslı hesab edir. Bundan əlavə, X8 bildirir ki, mübahisə predmeti olan mənzil hazırda onun sahibliyindədir. Lakin, həmin mənzilə dair qüvvədə olan qanunsuz icra qərarlarının olması onu narahat edir. Belə ki, o, bildirir ki, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Ruslan Əsgərli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3557/2015 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədi üzrə 66 saylı mənzili deyil, X4na məxsus olan 64 saylı mənzili həmin icra işi üzrə Tələbkar verilmişdir. Məhkəmə araşdırmasının nəticəsi olaraq Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktı əsaslı hesab etmir. Belə ki, aktın formal əsaslarla tərtib edilməsi və aktın predmeti olan 64 saylı mənzilin əvəzinə formal olaraq 66 saylı mənzilin qeyd edilməsi müəyyən edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda dedikdə, icra sənədinin qanuni əsaslarla icra olunması başa düşülür. Lakin, sözügedən maddədəki hüquqi əsas müvafiq icra işi üzrə xitam qərarının faktiki və hüquqi hallarına uyğun deyil. Məhkəmə onu da qeyd edir ki, hazırki şikayət ərizəsi üzrə X2 hüququ mövcuddur. Belə ki, sonuncu sözügedən icra işi üzrə tərəf olmasa da, həmin icra işi üzrə görülmüş hərəkətlərin nəticəsində ərizəçinin mülkiyyət maraqları təhdid altına düşmüşdür. Bu səbəbdən, icra işi üzrə yenidən araşdırma aparılaraq qanuni və əsaslı icra hərəkətlərinin görülməsini məhkəmə zəruri hesab edir. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3557/2015 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli qərarı və icra işi üzrə tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktı ləğv edilməli, müvafiq icra hərəkətlərinin həyata keçirilməsi Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə tapşırılmalıdır. Məhkəmələr qanunun gücü ilə subyektlər üzərində nəzarəti həyata keçirtməklə mükəlləfdirlər. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3557/2015 nömrəli xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2017-ci il tarixli qərarı və icra işi üzrə tərtib edilmiş xx.xx.2016-cı il tarixli aktı ləğv edilsin. Müvafiq icra hərəkətlərinin həyata keçirilməsi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar