Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-501/2025 15.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, X1 “alimentin indeksasiya edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2 “alimentin indeksasiya edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qəətnaməsinə əsasən müəyyən edilən aliment məbləğinin hər uşaq üçün ayrıayrı hesablanması şərtilə və sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.74 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarından göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3116/2023 saylı qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X10 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdeh X4 hər ay qazancın və başqa gəlirlərinin ½ hissəsi miqdarında alimentin tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Ərizəçinin isə hazır ki tələbi alimentin indeksasiya edilməsidir. Məhkəmə hesab edir ki, ərizəçi hazırki tələblə bağlı ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə haqlı olmamışdır. Çünki, aliment əmək haqqının müəyyən hissəsi olaraq tutulmuşdur, onun indeksasiyası mümkün deyildir. Belə ki, ərizəçi alimentin miqdarının dəyişdirilməsi tələbi ilə iddia icraatı qaydasında iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etməli idi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində məhkəmə nəzarəti qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikasının MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 “alimentin indeksasiya edilməsi” barədə ərizənin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçiyə izah olunsun ki, ərizəçi alimentin miqdarının dəyişdirilməsi tələbi ilə iddia icraatı çərçivəsində müvafiq məhkəməyə müraciət edə bilər. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sərdlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(004)-501/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-501/2025
15.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver