Məhkəmə qərarları › İş №8(004)-507/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-507/2023

17.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-507/2023 17.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1512/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyev icra sənədi üzrə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1512/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Borclu 2453.94 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasına xx.xx.2018ci il tarixli qərarla başlanmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1.3.-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqinə əsas verir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə iş üzrə Borclu mülkiyyətində "Mercedes E 320" minik markalı, **-VV-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin olduğu məlum olmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 869/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələbkar “Bank of Baku" ASC-nin şöbəyə təqdim etdiyi xx.xx.2018-ci il tarixli məktuba əsasən tələb tam olaraq icra olunmuşdur. Belə olan halda Borclu məxsus daşınmaz əmlakın üzərinə qoyulmuş həbsin götürülməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-869/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində “Mercedes E 320” minik markalı, **-VV-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi məsələsinə baxılması xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarında olan kifayət qədər sübutları nəzərə alaraq, təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 869/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, Borclu mülkiyyətində olan “Mercedes E 320” minik markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 3126 saylı, xx.xx.2018-ci il tarixli məktubuna əsasən, Borclu "xxxx" ASC-yə olan borcunu tam olaraq ödəmişdir. İş materiallarına əlavə edilmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyevin xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1512/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, borclunun müvafiq icra sənədi üzrə ödənilməmiş borcu olmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-869/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilməli və icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan “Mercedes E 320” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-869/2018 saylı, xx.xx.2018-ci qərardadı ləğv edilsin. İcra sənədinin icrası məqsədilə məcburi icra tədbiri kimi Borclu mülkiyyətində olan “Mercedes E 320” markalı, **-VV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar