Məhkəmə qərarları › İş №8(004)-508/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-508/2023

31.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-508/2023 31.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, X1 nümayəndəsi və vəkili Vəkil1, Maraqlı şəxs nümayəndəsi X4, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-209/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası barədə X1 ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Maraqlı şəxs qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşdur. Nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1147 nömrə ilə qeyd edilmiş nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-209/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək iddiaçı X7 ilə cavabdeh Maraqlı şəxs arasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə 1147 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 anası Maraqlı şəxs yanında qalmaları, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X2 hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq, cavabdeh Maraqlı şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda ərizəçi X7 ərizə ilə məhkəməyə müraciət edərək icra sənədi üzrə X2 tutularaq Maraqlı şəxs ödənilməli olan aliment üzrə hesablanmış 13394 (on üç min üç yüz doqquz dörd) manat 78 (yetmiş səkkiz) qəpik aliment borcu X7 tərəfindən ödənildiyindən əsassız hesab olunması və 13394 (on üç min üç yüz doqquz dörd) manat 78 (yetmiş səkkiz) qəpik aliment borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e- 2(004)-209/2023 saylı 02 fevral 2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X5 anaları Maraqlı şəxs yanında qalmasının müəyyən edilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 hər ay qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq Maraqlı şəxs verilməsi qəl edilmişdir. Alimentin tutulma müddəti 01 yanvar 2023-cü il tarixdən hesablanması qətnamə ilə müəyyən olunmuşdur. Yasamal Rayon Məhkəməsinin e-2(004)-209/2023 saylı 02 fevral 2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə müvafiq qaydada icraata başlanılmışdır. Sumqayıt şəhər İcra İdarəsinin xx.xx.2023cü il tarixli məktubuna əsasən borclu X3 13394 manat 78 qəpik aliment borcunun olduğu göstərilmişdir. Qətnamədə alimentin tutulması yanvar ayının 01-dən qeyd edilmişdir. X7 xx.xx.2022-ci il tarixdən etibarən yekun məhkəmə qətnaməsi çıxarılana qədər hər ay uşaqlarının saxlanması üçün Maraqlı şəxs hesabına 3000 (üç min) manat məbləğində aliment ödənişləri etmişdir. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra qətnamə ilə müəyyən edilmiş qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında yəni 2000 (iki min) manat məbləğində aliment ödənişlərini xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixinə qədər etməyə davam etmişdir. Hazırda bütün ödəniş qəbzlərini məhkəməyə təqdim edir və bildirir ki, F.Alməmmədovun hər hansı aliment borcu mövcud deyildir. Eyni zamanda bildirir ki, Maraqlı şəxs hesabına ödədiyi ödəniş qəbzlərində ödənişin təyinatı maddi yardım kimi göstərilmişdir. Bunun səbəbi isə ödəniş aparatlarında ödəniş təyinatı kimi aliment qrafasının olmamasıdır. Maraqlı şəxs ilə aralarında hər hansı başqa öhdəlik olmadığı üçün sözügedən ödənişlər birmənalı şəkildə aliment ödənişləri olmuşdur. Sözügedən aliment ödənişləri X7 tərəfindən ödənildiyinə görə həmin borcların silinməsi barədə Sumqayıt şəhər İcra İdarəsinə ərizə ilə müraciət edilmişdir. Lakin, Sumqayıt şəhər İcra İdarəsi xx.xx.2023-cü il tarixli cavab məktubu göndərərək alimentin ödənilmədiyini və aliment borcunun tutulmalı olduğunu qeyd etmişdir. Yuxarıdakılara əsasən hesab edir ki, hazırda Sumqayıt şəhər İcra İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə göstərilmiş X3 adında olan aliment borcu tamamilə əsassızdır və bu səbəbdən də məhkəmə qətnaməsi ilə silinməlidir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Vəkil1 ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X10 və Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil2 ərizəyə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində məhkəmə qətnaməsinin icrası üzrə verilmiş təqdimatlarla bağlı icraata xitam verilməsini tənzimləyən norma olmadığından məhkəmə hesab edir ki, bu halda qanunun analogiyası tətbiq edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda ərizəçi X7 məhkəməyə müraciət edərkən aliment borcunun silinməsi tələbi ilə ərizə formasında deyil, iddia ərizəsi formasında müraciət etməli idi. Ona görə də, hazırda X3 ərizəsinə təqdimat formasında deyil, mülki məhkəmə icraatında baxılmalı olduğundan iş üzrə icraata xitam verilməlidir. Həmçinin ərizəçi X7 “aliment borcunun silinməsi” tələbinə dair ayrıca iddia ərizəsi ilə mülki məhkəmə icraatı qaydasında məhkəməyə yenidən müraciət edə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 261.0.3 -264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-209/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası barədə X1 ərizəsi üzrə işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar