Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-509/2023 31.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, X1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1923/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair cavabdehin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Borclu cavabdeh X6 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə 1613 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Proses gedişində X9 cavabdeh Borclu qarşı “əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bigə nikahda olduğu dövrdə əldə olunmuş və cavabdehin adına qeydiyyatdan keçən “Ford Transit yük” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin 1/2 hissəsinə özünün payının müəyyən olunması və həmin hissəyə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1923/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ilkin iddia tələbi təmin edilərək iddiaçı Borclu ilə cavabdeh X9 arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə 1613 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2010cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X2 Günel Sübhan qızının yanında qalması, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Borclu hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment cavabdeh X4 xeyrinə tutulması qət edilmişdir. Hazırda cavabdeh X9 ərizə ilə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1923/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1923/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Borclu ilə onun arasında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə 1613 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X3 onun yanında qalması, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Borclu hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması və alimentin tutulma müddəti 12 aprel 2022-ci il tarixdən hesabtanması qət edilmişdir. Bildirir ki, qətnamənin icra olunması məqsədilə icraya yönəldilmiş və icra məmuru tərəfindən icraata başlanılmışdır. Daha sonra Borclu məhkəmə qərarı ilə tələbkarın yanında qalması nəzərdə tutulmuş xx.xx.2013-cü il təvəllüdlü X5 qaçırmış və qanunsuz olaraq bir aydan çoxdur ki, yanında saxlamaqdadır. Bununla bağlı tələbkar dəfələrlə borcluya müraciət edib uşağın qaytarılmasını tələb etsə də bu günədək azyaşlı Abbasova (İmanova) Günel Sübhan qızına qaytarılmamışdır. Qeyd edilən hal ilə bağlı xx.xx.2023-cü il tarixində ərizə ilə Abşeron rayon İcra və Probasiya şöbəsinə müraciət edilərək yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X3 X4 yanında qalması hissəsinin icra olunması xahiş edilmiş, lakin icra şöbəsinin 17/75- 742 7C saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən icra sənədində uşaqların atasından alınıb anaya qaytarılmalı olması konkret olaraq göstərilmədiyindən mövcud iş üzrə uşağın məcburi qaydada atadan alınaraq anara qaytarılmasının mümkün olmaması göstərilərək müraciətdən imtina edilmişdir. Belə ki, mövcud qətnamə üzrə hər iki uşağın ananın yanında qalması nəzərdə tutulmuş, lakin uşaqların atasında olduğu halda atadan uşaqların alınaraq anaya qaytarılmalı olub-olmaması göstərilmədiyindən, hazırki vəziyyətdə həmin hissəyə aydınlığın gətirilməsi zərurəti yaranmışdır. Beləlikdə uşaqların ananın yanında qalması tələbinin uşağın atadan alınaraq anaya verilməsini əhatə edibetməməsini, əhatə etdiyi halda həmin tələbin dəfələrlə tətbiq olunmasının mümkün olubolmaması məsələsinə izah verilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi X9 və onun nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş üzrə digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən onların iştiakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1923/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə qətnamənin izah edilməsində məqsəd qətnamədə olan qeyri-aydın məsələlərin aradan qaldırılmasıdır. Məhkəmə hesab edir ki, sözügedən qətnamə kifayət qədər aydın yazılmışdır və “qət etdi” hissəsində heç bir anlaşılmazlıq yoxdur. Cavabdehin göstərdiyi tələb ayrıca icraat qaydasında baxılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh X4 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1923/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair təqdimatı əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə görə, qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 230-cu və 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Cavabdeh X4 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1923/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ AZ 1138, Bakı şəhəri, Mikayıl Müşviq küçəsi 1H Tel: (012) 510-74-99, Faks: (012) 537-22-76 www.yasamalcourt.gov.az Elektron ünvan İş № 8(004)-509/2023 xx.xx.2023-cü il Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovı küçəsi, ev 40B Abbasova (İmanova) Günel Sübhan qızı Laçın şəhəri, M.Əzizbəyov küçəsi, ev 60 Borclu Abşeron rayon İcra və Probasiya Şöbəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-509/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: məhkəmə qərardadının surəti 01 vərəqədə Məhkəmənin hakimi: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №8(004)-509/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-509/2023
31.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver