Məhkəmə qərarları › İş №8(004)-510/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-510/2022

28.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-510/2022 28.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal rayon icra şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Sahib Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Yasamal rayon Məhkəməsinin 2(004)- 2742/2021-003 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, borclu xx.xx.1995-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin 2(004)- 2742/2021-003 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 445,63 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə başlanılmış icraat zamanı icra sənədinin icrası borclu tərəfindən könüllü təmin edilməmiş, tələbin borclunun əmlakı hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər isə müsbət nəticə verməmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Borclu şöbəyə dəvət edilmiş, lakin o müxtəlif bəhanələr gətirərək icra məmurunun qanuni çağırışlarına gəlməmişdir. Bundan sonra, Borclu adına olan mobil telefon nömrələri ilə əlaqə saxlanılmış, lakin şöbəyə gəlməmişdir. «lcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar Borclu Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilməlidir. Belə ki, Yasamal rayon Məhkəməsinin 2(004)-2742/2021-003 saylı, xx.xx.2021-ci il tarixli tarixli icra sənədinin icrasına əsasən, Borclu 445,63 manat məbləğində pul tutularaq Tələbkar MMC-yə ödənilməlidir. Təqdimata əlavə edilmiş Borclu adına ünvanlanmış xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası barədə xəbərdarlıq edilmiş, lakin borclu heç bir üzrlü səbəb olmadan borcunu icra etməkdən və icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmışdır. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Borclu tələbi könüllü icra etməsi təklif olunmuşdur. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərara əsasən borclunun məcburi gətirilməsi üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdimat verilməsi qərara alınmış və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Borclu Yasamal rayon Məhkəməsinin 2(004)-2742/2021-003 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə məsuliyyətə cəlb olunma barədə xəbərdarlığa baxmayaraq, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlməkdən, eləcə də məhkəmə qərarı ilə müəyyən edilmiş borcunu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1995-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar