Məhkəmə qərarları › İş №8(004)-511/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-511/2024

31.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-511/2024 31.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Borclu, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X3 iştirakı ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4657/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə “Borclu əmlakı üzərinə həbs qoyulması haqqında” Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyev Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4657/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə “borclunun əmlakı üzərinə həbs qoyulması haqqında” təqdimatla məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu mülkiyyətində olan “Hyundai Sonata” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4657/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016- cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədərt saxlanılmaları üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğndə aliment tutularaq Tələbkar ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq Borclu mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması məqsədə müvafiq hesab olunur. Məhkəmə iclasında iştirak edən Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyev təqdimatı müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, məhkəmədən təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu icra sənədi barədə xəbərdar olduğunu, aliment məbləğini ödədiyini, lakin ödənişlərlə bağlı qəbzlərin hamısının əlində olmadığını, “Hyundai Sonata” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırda etibarnamə əsasında başqa şəxsin istifadəsində olduğunu, məhkəmədən bu halların nəzərə alınaraq təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4657/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsində icraat başlanılmışdır. Borclu icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və həmçinin sənədin kötüyünə imza etdirilməklə təqdim edilmişdir. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən “Hyundai Sonata” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxta borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Beləliklə, məhkəmə ödənilməli olan borcun məbləğini, məcburiyyət tədbirinin ödənilməli məbləğə mütənasibliyi məsələsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Borclu mülkiyyətində olan “Hyundai Sonata” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-1-ci maddəsinə əsasən, məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində baxır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Təqdimat təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4657/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan “Hyundai Sonata” markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar