Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-515/2023 28.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5813/2016 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin Borclu3, Borclu2, Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Sahib Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5813/2016 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu3, Borclu2, Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5813/2016 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu3, Borclu2, Borclu1, X2 və X1 müştərək qaydada 24100 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə müxtəlif tarixlərdə başlanılmış icraat zamanı icra sənədinin icrası borclu tərəfindən könüllü təmin edilməmiş, tələbin borclunun əmlakı hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər isə müsbət nəticə verməmişdir. Belə olan halda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiq hesab edilir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar, borclu və icra şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, işdə iştirak edən şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə, təqdimatı, ona əlavə olunmuş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli 2-N nömrəli qərarı ilə "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat” təsdiq edilmişdir. Həmin təlimatın 2.2-ci bəndində borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl görülən tədbirlər sadalanmışdır. Təlimatın 2.2.1-ci bəndi könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edən hal kimi müəyyən edilmişdir. Təlimatın 2.2.2-ci bəndi icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir. Təlimatın 2.2.2-ci bəndi borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Lakin təqdimat və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, icra məmuru “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”da tələb olunan göstərişləri tam olaraq yerinə yetirməmişdir. Tələbin könüllü icrası haqqında bildiriş sadəcə Borclu3 tərəfindən imza edilməklə əldə edilmişdir. Həmçinin, icra məmuru yalnız Borclu1 ilə bağlı məlumatlar barədə elektron sistemdən çıxarışla kifayətlənərək birbaşa borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Eyni zamanda, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-639/2018 saylı, 07 may 2018-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-11558/2016 saylı icra sənədi üzrə borclu, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1979-cu il təvəllüdlü Borclu2 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyevin Borclu3, Borclu2, Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №8(004)-515/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-515/2023
28.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver