Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-515/2024 14.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4137/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Yasamal rayon icra şöbəsinin icra məmuru Paşa Paşazadənin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4137/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 354 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Paşa Paşazadə təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə borclu xx.xx.1983-cü il təvəllüdlü, İmişli rayonu, Buludlu kəndində yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4137/2018-004 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay hər uşağa görə sabit pul məbləği aliment olaraq 154 (bir yüz əlli dörd) manat və həmçinin X1 xəstəliyi ilə əlaqədar 46 (qırx altı) manat əlavə xərc, cəmi 354 (üç yüz əlli dörd) manat məbləğində pul cavabdeh Borclu tutularaq iddiaçı X3ma verilməlidir. Alimentin tutulma müddəti 12 aprel 2018-ci il tarixdən hesablansın. Qeyd olunan icra sənədi təkrarən icraya yönəldilmiş və xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmışdır. İş üzrə Borclu xx.xx.2024-cü il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Bu səbəbdən də borcun ödənilməsi təmin edilməmişdir. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. İcra sənədi üzrə tələbkara, borcluya və təqdimatı verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tələbkar, borclu və təqdimatı verən icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclu, tələbkar və təqdimatı verən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin 14 oktyabr 2024cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4137/2018-004 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrtə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş “tələbin dərhal icrası haqqında” 04 oktyabr 2024-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4137/2018-004 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbin Borclu tərəfindən dərhal icra edilməsi xahiş edilmişdir. Məhkəmə aliment tələbi üzrə borcun məbləğini, digər icra tədbirlərinin nəticə vermədiyini və görülən icra tədbirinin icra sənədinə mütənasibliyini nəzərə alaraq qeyd edir ki, təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1983-cü ildə İmişli rayonu, Sarxanlı kəndində anadan olmuş və İmişli rayonu, Buludlu kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4137/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-515/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-515/2024
14.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver