Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-516/2024 07.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, X2, İcra məmuru İsmayıl İsmayılovun iştirakı ilə, X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 nömrəli, 06 iyul 2018-ci il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 nömrəli, 06 iyul 2018-ci il tarixli qətnaməsinə izah verilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı səhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5134/2018 saylı, xx.xx.2018-ci il qanuni qüvvəvə minmiş qətnaməsinin ödənişlə bağlı (Məcburi iş buraxma müddəti üçün 26 aprel 2018-ciil tarixdən hesablanmaqla X5 "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilsin") hissəsinə ətraflı izah verilməsini xahiş etmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 nömrəli, xx.xx.2018ci il tarixli qətnaməsi ilə məcburi iş buraxma müddəti üçün əmək haqqı AR ƏƏSMN-i yanında X7 Xidmətinin 08 iyun 2022-ci ıl tarixli, **********8 nömrəli, 19 oktyabr 2021-cı il tarixli **********7 nömrəli və xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktublarında göstərdiyi kimi orta əmək haqqı ilə AR ƏM 177.2 maddəsinə əsasən 21 May 2018 xx.xx.2019-cu il tarixədək ödənilməli olması yoxsa cavabdehin ödədiyi kimi - tarif maaşla (2555 manatla) 21 May 2018-14 may 2019-cu il tarixədək ödənilməli olması məsələsinə, habelə 16 aprel 2018-xx.xx.2018-ci il tarixli xəstəlik vərəqəsinin pulları AR ƏƏSMN-i yanında X7 Xidmətinin xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktubunda və AR ƏƏSMN-i yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə mərkəzi filialının 15 sentyabr 2023-cü il tarixli 3-17-1/2-H-213036/2023 məktubunda göstərdivi kimi AR Nazirlər Kabinetinin 189 saylı qərarının Əsasnamənin 28 və 30-cu hissəsinə uyğun yoxsa cavabdehin ödədiyi kimi ödənilməli olması məsələsinə izah verilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən X8 ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında icra məmuru İsmayılov İsmayıl məhkəməyə verdiyi izahatında ərizənin rədd edilməsini xahiş etdi. İcra sənədi üzrə borcluya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən işə borclunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və icra məmurunun izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizəçinin qətnaməyə izah verilməsinə dair ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(004)-5134/2018 nömrəli, 06 iyul 2018-ci il tarixli qətnaməsinin nəticə hissəsinin 4cü abzasında öz əksini tapmış “Məcburi iş buraxma müddəti üçün 26 aprel 2018-ci il tarixdən hesablanmaqla X5 "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilsin" ifadəsi aydın, dəqiq şəkildə şəkildə göstərilmiş, həmin ifadədə hər hansı bir ziddiyyət müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, qətnamənin məzmunundakı hüquqi terminlərdə anlaşılmazlıq mövcud deyil və qrammatik cəhətdən bütün cümlələrin mənası aydındır. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 nömrəli, 06 iyul 2018-ci il tarixli qətnaməsinə izah verilməsinə dair X2 ərizəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5134/2018 nömrəli, 06 iyul 2018-ci il tarixli qətnaməsinə izah verilməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-516/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-516/2024
07.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver