Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-517/2023 24.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubovun və Tələbkar iştirakları ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-97/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclunın məcburi gətirilməsi barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubovun təqdimatına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclunın Yasamal rayon icra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-97/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən icra sənədinə əsasən Borclu 140000 USD və 20 manat tutularaq Tələbkar ödənilməlidir.Həmin icra sənədi xx.xx.2016-cı il tarixdə icraata qəbul edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilərək bildiriş vasitəsi ilə Borclu oğuna göndərilmiş, lakin borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlib izahat verməkdən yayınır. Borclu məcburi qaydada Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gətirilməsi haqqında qərar qəbul edilərək məlumat üçün borcluya göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru Anar Əyyubov təqdimatı müdafiə edərək məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, borclunun mülkiyyətində olan daşınar və daşınmaz əmlakların olması, banklarda bank hesablarının olması barədə müvafiq sorgular verilmiş, lakin adına heç bir əmlak aşkar edilməmişdir. Eyni zamanda məcburi gətirmə barədə əvvəl də təqdimat verilmiş, barəsində inzibati protokol tərtib edilmiş və cərimə edilmişdir. Borclu yenidən icra şöbəsinə gəlməkdən yayındığından təqdimatla məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi və izahatında bildirdi ki, Borclu bugünədək ödəməli olduğu 140 000 ABŞ dolları məbləğində vəsaitdən heç bir ödəniş etməmişdir. Artıq 9 ilə yaxındı ki, qətnamə icra edilmir. Borclu bilərəkdən icra sənədini icra etməkdən yayınır. İcra sənədi üzrə borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra işinə baxış keçirərək, təqdimatı və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Borclu icra məmurunun çağırışına baxmayaraq, Yasamal rayon icra şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli və Borclu barəsində məcburi gətirilmə tədbiri tədbiq olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırişı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-97/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə xx.xx.1979-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-517/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-517/2023
24.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver