Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-519/2025 25.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X6 qızının katibliyi ilə, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin böyük icra məmuru Səvxan Abasovun “borclunun əmlakı üzərinə qoyulmuş həbsin ləğv olunması” haqqında təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-258/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3290/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan 2011-ci il buraxılışlı, sedan tipli, “Chevrolet Aveo” minik markalı, **-BU- *** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobilin ½ hissəsinin üzərinə həbs qoyulmuşdur. Hazırda Bakı şəhəri Yasamal rayon icra şöbəsinin böyük icra icra məmuru Səvxan Abasov “borclunun əmlakı üzərinə qoyulmuş həbsin ləğv olunması” haqqında təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Chevrolet Aveo" markalı, **-BU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1/2 hissəsinin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-258/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə icraatına daxil olmuş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3290/2023-018 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X2 anaları X1 yanında qalmaları müəyyən edilməli və xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2007- ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmalarına görə Borclu xx.xx.2023-cü il tarixdən başlamaqla hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Borclu mülkiyyətində olan “Chevrolet Aveo” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissəsinin üzərinə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 8(004)-258/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə “Chevrolet Aveo” markalı, **- BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissəsinin üzərinə həbs qoyulmuşdur. Qeyd olunan qərardad və həmin avtomobillərin axtarılması haqqında qərar icra olunması üçün DİN BDYPİ-nə göndərilmişdir. Sözügedən torpaq sahəsinin qiymətləndrilməsi məqsədilə “mütəxxəsisin dəvət edilməsi haqqında” qərar qəbul edilmiş və mütəxəssisin xx.xx.2025-ci il tarixli rəyinə əsasən sözügedən sahəsi 7000 manat qiymətləndirilmişdir. Bu səbəbdən üzərinə həbs qoyulmuş əmlakın tələbinizə uyğun hissəsi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə uyğun olaraq borc əvəzinə təklif olunmuş və Bayramova (Vahabova) Elnarə Sabir qızı tərəfindən xx.xx.2025-ci il tarixdə təklif qəbul olunmuşdur. Göstərilənləri nəzərə alaraq borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsin ləğv olunması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3290/2023 nmörəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş 16.05.20Ö9-cu il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X2 anaları X1 yanında qalmaları müəyyən edilsin. xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmalarına görə Borclu hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) sabit pul məbləğində aliment tutularaq X3 ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3290/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsində icraat başlanılmış, Borclu icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş sənədin kötüyünə imza etdirilməklə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul etməsi haqqında” protokola əsasən borclunun üzərinə həbs qoyulmuş “Chevrolet Aveo" markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hissəsi tələbkar Bayramova (Vahabova) Elnarə Sabir qızı tərəfindən 3500 manat aliment borcu əvəzi olaraq qəbul olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin X3 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 308544/2023-53-26 nömrəli təklifinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3290/2023-018 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X2 anaları X1 yanında qalmaları müəyyən edilməli və xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmalarına görə Borclu xx.xx.2023-cü il tarixdən başlamaqla hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Borclu mülkiyyətində olan “Chevrolet Aveo” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissəsinin üzərinə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 8(004)-258/2025 nmörəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə “Chevrolet Aveo” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ½ hissəsinin üzərinə həbs qoyulmuşdur. Sözügedən torpaq sahəsinin qiymətləndirilməsi məqsədilə “mütəxəssisin dəvət edilməsi haqqında” qərar qəbul edilmiş və mütəxəssisin xx.xx.2025-ci il tarixli rəyinə əsasən sözügedən sahəsi 7000 manat qiymətləndirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Bu səbəbdən üzərinə həbs qoyulmuş əmlakın tələbinizə uyğun hissəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə uyğun olaraq borc əvəzinə X3 təklif olunmuşdur. İş materiallarında olan Vahabova (Bayramova) Elnarə Sabir qızı tərəfindən yazılmış ərizəyə əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)-3290/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məxsus ‘’Chevrolet Aveo’’ markalı, **-BU-*** DQN-nin nəqliyyat vasitəsinin ½ hissəsinin üzərinə Yasamal Rayon Məhkəməsinin 8(004)- 258/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Həmin avtomobil 7000 AZN dəyərində qiymətləndirilmişdir. Həmin məbləğin ½ hissəsi (yəni 3500 manat) ona məxsusdur. Borclu xx.xx.2025-ci il tarixə 5320 manat aliment borcu vardır. Qalıq 3500 manat Borclu payına düşən hissəsinin borc əvəzi olaraq Yasamal rayon İcra şöbəsinin 308544/2023-53-26 nömrəli, xx.xx.2025-ci il tarixli təklifini qəbul etmiş, hazırda Borclu 1820 manat aliment borcu vardır. Məhkəmə təqdimatı, ona əlavə olunan sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-258/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, Borclu mülkiyyətində olan 2011-ci il buraxılışlı, sedan tipli, “Chevrolet Aveo” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobilin ½ hissəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-258/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin, Borclu mülkiyyətində olan 2011-ci il buraxılışlı, sedan tipli, “Chevrolet Aveo” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobilin ½ hissəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №8(004)-519/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-519/2025
25.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver