Məhkəmə qərarları › İş №8(004)-522/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-522/2024

06.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-522/2024 06.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1341/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəçi X4 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Borclu X4 ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal rayon məhkəməsinin icraatında olan 2(004)-5653 saylı iş üzrə xx.xx.1948-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən qəyyum təyin edilənədək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1341/2023 saylı, 28 avqust 2023-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəylə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. “İcra haqqında” Azərbaycan Respublikasının: 17.1-ci maddəsində nəzərdə tutulmuş hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. 21.1-ci maddəsinə əsasən Bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. 21.2-ci maddəsinə əsasən Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. 21.3-cü maddəsinə əsasən Məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Həmin qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Məhkəmə izah edir ki, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəyə xüsusi icraat qaydasında baxılır. Bundan başqa icra sənədi üzrə icraatın dayandırılması barədə qərar icra məmuru tərəfindən qəbul olunur. İcra sənədinin icrasının dayandırılması əsasları olduğu halda, borclu ilk növbədə icra məmuruna müraciət etməli, müraciəti nəzərə alınmadığı halda icra məmurunun hərəkət və ya hərəkətsizliyindən, qərarından məhkəməyə şikayət verə bilər. Odur ki, borclu X2 ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı, borcluya icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə müraciət etmək hüququ izah edilsin. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263, 264 268-ci maddələrinə əsasən Qəraraaldı: Borclu X2 ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Borclu X3 icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar