Məhkəmə qərarları › İş №8(004)-528/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-528/2023

30.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-528/2023 30.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-556/2022-013 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyevin borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 556/2022-013 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar xx.xx.1992-ci il təvəllüdlü ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2- 2(009)-556/2022-013 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 11029,11 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə müxtəlif tarixlərdə başlanılmış icraat zamanı icra sənədinin icrası borclu tərəfindən könüllü təmin edilməmiş, tələbin borclunun əmlakı hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər isə müsbət nəticə verməmişdir. Belə olan halda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiq hesab edilir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini və icra işində olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-556/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Tələbkar QSC ilə X1 arasında bağlanmış 31.0.12019-cu il tarixli, 001R**********S saylı saziş ləğv edilməli, Tələbkar QSC isə cavabdeh X1 arasında imzalanmış xx.xx.2020-ci il tarixli 001R**********S saylı saziş üzrə mövcud olan 7451,17 manat məbləğində əsas borc, 3101,62 manat məbləğində faiz borcu və 244,93 manat cərimə borcu olmaqla, cəmi 10797,72 manat borc və ödənilmiş 131,39 manat borc məbləğində dövlət rüsumunun 100 manat hissəsi cavabdehlər X1, X2, X3 və Borclu müştərək qaydada tutularaq iddiaçı Tələbkar QSC-yə ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İcraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-556/2022-013 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Borclu bildirişi imza etməklə almışdır. İş materiallarında olan xx/xx-164743/18 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Borclu cəmi 11029,11 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-556/2022-013 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu əmək haqqından hər ay 50% tutulması üçün “Cook Mood”a göndərilir. Belə ki, təqdimata əlavə olunmuş e164743/2022-53-14-004 saylı icra işindəki borclunun elektron kartoçkasından müəyyən olunur ki, Borclu mülkiyyətində heç bir daşınar və ya daşınmaz əmlak, banklarda qiymətli kağızları mövcud deyildir. Beləliklə, məhkəmə ötən müddət ərzində hansı icra hərəkətlərinin aparılmasını və onların nəticələrini yoxlayaraq belə nəticəyə gəlir ki, borclu icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırır. Belə ki, işin bütün hallarını, eyni zamanda icra sənədinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək borcun ödənilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclunun tələbkara olan borcu kifayət qədər böyük məbləğdir. Belə ki, Borclu ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa İnsan Hüquqları Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu ölkədən çıxmasına məhdiyyət qoyulması üçün məhkəmə baxışı zamanı prosessual və maddi hüquqi əsaslar müəyyən edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1992-ci il təvəllüdlü ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar