Məhkəmə qərarları › İş №8(004)-528/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-528/2024

27.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-528/2024 27.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin 2(080)-273/2023-022 saylı, xx.xx.2023cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyev təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan borclu X1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Naxçıvan MR Ordubad Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(080)-273/2023-022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular X7, X3 və X4 17.064,48 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İş üzrə borclu X2 xx.xx.2024-cü il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkə hüdudlarını tərk etmək ehtimalının nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab etmişdir. İcra məmuru Emil Abiyev 26 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, borclu X1 mülkiyyətində daşınar əmlaklar aşkar olduğundan və həmin əmlaklara borcun ödənilməsi məqsədilə yönəldiyindən, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatın geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar və borcluya qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat geri qaytarılmalır. Belə ki, iş materiallarında olan: Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Naxçıvan MR Ordubad Rayon Məhkəməsi tərəfindən verilmiş 2(080)- 273/2023-022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, 59600/2024-53-24-004 saylı tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin 2(080)- 273/2023-022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması borcluya təklif olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin 2(080)-273/2023-022 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclular X7, X3 və X4 17.064,48 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASCnin xeyrinə ödənilməlidir. İcra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etsə də, sonradan məhkəməyə ərizə təqdim edərək təqdimatın geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət aradan qalxdığından təqdimat geri qaytarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin 2(080)-273/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Naxçıvan MR Ordubad Rayon Məhkəməsinin 2(080)-273/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abıyevin təqdimatı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar