Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-53/2023 25.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X9 oğlunun katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3140/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X4 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-3140/2019-009 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat, ümumilikdə 320 manat məbləğində aliment cavabdeh Borclu tutularaq, iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixində Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu dərhal icra olunması üçün göndərilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Borclu şöbədə olarkən icra sənədinin icrasının təmin edilməsi ilə bağlı rəsmi xəbərdarlıq təqdim olunmuşdur. Əlavə olaraq icra sənədi üzrə Tələbkar xx.xx.2022-ci il tarixində şöbəyə ərizə ilə müraciət edərək Borclu dəfələrlə borcunu ödəyəcəyinə söz versə də, bu günə kimi ödəniş etməmiş və iyul ayı daxil olmaqla yaranmış aliment borcundan heç bir ödəniş olmadığını bildirmişdir. Bunları nəzərə alaraq Borclu barəsində bütün zəruri icra tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Bu ay daxil olmaqla yaranmış aliment borcu 3200 manat təşkil edir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini və icra işində olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. İş materiallarında olan 2(004)-3140/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən alimentin tutulma müddəti 09 aprel 2019-cu il tarixdən hesablanmaqla xx.xx.2011ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat, ümumilikdə 320 manat məbləğində aliment cavabdeh Borclu tutularaq, iddiaçı Tələbkar ödənilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Borclu bildirişi imza etməklə almışdır. İş materiallarında olan Yasamal Rayon İcra Şöbəsinin Borclu ünvanladığı xx.xx.2022ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Borclu həmin ay da daxil olmaqla 3200 manat aliment borcu vardır və o borcunu ödəməsi ilə bağlı xəbərdar olunmuşdur. Borclu xəbərdarlıq məktubunu xx.xx.2022-ci il tarixdə imza etməklə almışdır. İş materiallarında olan Yasamal Rayon İcra Şöbəsinin Borclu ünvanladığı xx.xx.2022ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, Borclu həmin ay da daxil olmaqla 4000 manat aliment borcu vardır və o borcunu ödəməsi ilə bağlı xəbərdar olunmuşdur. Borclu xəbərdarlıq məktubunu xx.xx.2022-ci il tarixdə imza etməklə almışdır İş materiallarında olan Tələbkar Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Borclu 2021-ci ilin aprel ayından etibarən ona aliment ödənişləri etmir. Bugunə qədər olan aliment borcunun hesablanaraq ona ödənilməsinin təmin edilməsini xahiş edir. Həmçinin qeyd edir ki, ona nağd şəkildə ödənişlər olunmayıb. Beləliklə, məhkəmə ötən müddət ərzində hansı icra hərəkətlərinin aparılmasını və onların nəticələrini yoxlayaraq belə nəticəyə gəlir ki, borclu icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırır. Belə ki, işin bütün hallarını, eyni zamanda icra sənədlərinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək borcun ödənilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclunun tələbkara olan borcu kifayət qədər böyük məbləğdir. Belə ki, Borclu ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa İnsan Hüquqları Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Borclu ölkədən çıxmasına məhdiyyət qoyulması üçün məhkəmə baxışı zamanı prosessual və maddi hüquqi əsaslar müəyyən edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №8(004)-53/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-53/2023
25.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver