Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-531/2023 31.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, X1, Borclu iştirakı ilə, Bakı Apellayasiya Məhkəməsinin 2(103)-732/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellayasiya Məhkəməsinin 2(103)- 732/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 01 fevral 2022-ci il tarixli, 2(103)-732/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-4242/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə (Bakı şəhər Badamdar qəsəbəsi,2-ci yaşayış massivində 0,003 ha torpaq sahəsində yerləşən 25c saylı fərdi evinin və Mersedes Benz S350 markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin satışından əldə olunan pulun bölünməsi və qızıl-zinət əşyalarının qaytarılması hissəsində) ləğv edilmiş, iddia həmin hissədə təmin edilərək, Bakı şəhər Badamdar qəsəbəsi 2-ci yaşayış massivində 0,003 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin satışından əldə edilmiş 450000 manat pul vəsaitinin və Mersedes Benz S350 markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin satışından əldə edilmiş 17000 manat pul vəsaitinin üzərindən ½ hissədə payı müəyyən edilməklə, həmin evin satışından əldə olunan 450000 manat pul vəsaitinin yarısının, yəni 225000 manat pulun və həmin avtomobilin satışından əldə olunan 17000 manat pul vəsaitinin yarısının yəni 8500 manat pulun Borclu alınıb Zöhrə Abdullayevaya məxsus qızıl-zinət əşyalarının: 500 manat dəyərində 10 qram çəkidə bir cüt sırğanın (Grazeli İtalyan qızılı), 700 manat dəyərində 14 qram çəkidə 2 ədəd qolbağın (İtalyan qızılı), 450 manat dəyərində 8 qram çəkidə 3 ədəd qolbağın (Burberry İtalyan qızılı), 250 manat dəyərində 5 qram çəkidə qızıl üzüyün (İtalyan qızılı), 1000 manat dəyərində 7 qram çəkidə 5 brilyant qaşlı italyan qızılından nişan üzüyünün, 100 manat dəyərində sırğa və gümüş klon dəstinin həmin əşyalar olmadıqda isə onların dəyərinin cavabdeh Borclu alınıb Zöhrə Abdullayevaya verilməsi qət edilmişdir.Tərəfindən Yasamal Rayon İcra Şöbəsinin rəisinə xx.xx.2023-cü il tarixli ərizə verilərək icra sənədi üzrə icradan imtina etdiyi bildirilmiş və icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 öz aralarında razılığa gəldiklərinə görə icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu ərizənin təmin olunmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsi təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır. Lakin Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-732/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhər Badamdar qəsəbəsi 2-ci yaşayış massivində 0,003 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin satışından əldə edilmiş 450000 manat pul vəsaitinin və Mersedes Benz S350 markalı, **- KG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin satışından əldə edilmiş 27000 manat pul vəsaitinin üzərindən ½ hissədə payı müəyyən edilməklə, həmin evin satışından əldə olunan 450000 manat pul vəsaitinin yarısının, yəni 225000 manat pulun və həmin avtomobilin satışından əldə olunan 17000 manat pul vəsaitinin yarısının yəni 8500 manat pulun Borclu alınıb Zöhrə Abdullayevaya məxsus qızıl-zinət əşyalarının: 500 manat dəyərində 10 qram çəkidə bir cüt sırğa (Grazeli İtalyan qızılı), 700 manat dəyərində 14 qram çəkidə 2 ədəd qolbaq (İtalyan qızılı), 450 manat dəyərində 8 qram çəkidə 3 ədəd qolbaq (Burberry İtalyan qızılı), 250 manat dəyərində 5 qram çəkidə qızıl üzük (İtalyan qızılı), 1000 manat dəyərində 7 qram çəkidə 5 brilyant qaşlı italyan qızılından nişan üzük, 100 manat dəyərində sırğa və gümüş klon dəsti həmin əşyalar olmadıqda isə onların dəyəri cavabdeh Borclu alınıb Zöhrə Abdullayevaya verilməli və apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun 25 manat hissəsinin cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. İş materiallarında olan İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli Qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-732/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan X1 Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədə qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-732/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi ilə bağlı Borclu ilə aralarında razılaşma olduğuna görə tələbdən imtina edir və icra sənədi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin X4 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, tələbkarın tələbdən imtinası ilə bağlı olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-732/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. Belə ki, iş materiallarında olan X1 Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən, habelə onun məhkəmə iclasında verdiyi izahatından da müəyyən olunmuşdur ki, tərəflər arasında razılıq əldə olunduğundan X2 Bakı Apellyasiya Məhkəməsinin 2(103)-732/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsini xahiş edir. Belə olduğu halda məhkəmə hesab edir ki, Bakı Apellayasiya Məhkəməsinin 2(103)-732/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair X1 ərizəsi təmin olunmalı, Bakı Apellayasiya Məhkəməsinin 2(103)- 732/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1, Azərbaycan Respublikası MPM-in 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 ərizəsi təmin edilsin. Bakı Apellayasiya Məhkəməsinin 2(103)-732/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №8(004)-531/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-531/2023
31.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver