Məhkəmə qərarları › İş №8(004)-533/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-533/2023

19.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-533/2023 19.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, X1nun iştirakı ilə, Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin “icra sənədi üzrə icraata xitam verilməsi” barədə xx.xx.2023-cü il tarixli qərarından X1 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət verərək, icra məmurunun xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5835/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi, əmək haqqının bank çıxarışlarına əsasən hesablanması və icra məmurunun hərəkətlərinə hüquqi qiymət verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak X1 izahatında bildirdi ki, o, “X3- “Evrascon”” ASC-də işlədiyi müddətdə 2020-ci ilin aprel ayından dekabr ayına qədər maaş almadığı üçün bu haqda şikayət etmiş, bu səbəbdən pandemiya dövründə işdən azad edilərək işsiz qalmışdır. Lakin işlədiyi dövr üzrə ona əmək haqqı ödənilməmişdir. Bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və nəticədə yekun olaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Həmin qətnaməyə əsasən verilmiş icra sənədi isə Yasamal Rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin icraatında olmuşdur. Hesab edir ki, icra sənədi üzrə tələb tam şəkildə icra edilmədən icra məmuru qanunsuz olaraq icraata xitam vermişdir. Belə ki, icra sənədinə əsasən 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan, yəni yeddi aya olan əmək haqlarının qanunvericiliyə uyğun hesablanaraq ona ödənilməsi müəyyən edilmişdir. Onun şirkətdə işlədiyi dövrdə əmək haqqı məbləği 1000 (bir min) manat təşkil etməklə, əmək haqqı ilə bağlı "xxxx" ASC-dəki kart hesabına köçürülmüşdür. Lakin icra sənədi üzrə əmək haqqı məbləği ona 1.000 manat məbləğdən deyil, daha az məbləğlə hesablanaraq ödənilmişdir. Dolayısı ilə ona 7000 (yeddi min) manat pul vəsaiti ilə bağlı tələb tam icra edilmədən icraata xitam verilmişdir. Baxmayaraq ki, əmək müqaviləsində onun əmək haqqı məbləği 599 manat qeyd edilmişdir, bank hesabına aylıq əmək haqqı ilə bağlı köçürülən vəsait 1000 manat olmuşdur. O, əmək müqaviləsinə imza çəkəndə 599 manat yazılmamışdır, həmin rəqəm sonradan qələm ilə yazılmışdır. İcra məmuru isə bank hesabı məlumatlarını deyil, əmək müqaviləsin qələmlə göstərilən məlumatları rəhbər tutmuşdur. Bundan başqa əmək müqaviləsi əsas tutulsa da belə yenə də tələb tam icra edilməmişdir, çünki ona 7 aylıq əmək haqqı 538 (beş yüz otuz səkkiz) manatdan hesablanmaqla ödənilmişdir. İcra sənədinin verilməsinə əsas olmuş mübahisə ilə bağlı mülki işə mahiyyəti üzrə baxılarkən, müvafiq məhkəmə aktlarında onun maaşının nə qədər olmasına heç bir hüquqi qiymət verilməmişdir. Hesab edir ki, icra məmuru bank çıxarışlarını əsas götürməlidir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən icra sənədi verilmiş və həmin qətnaməni mübahisələndirməmişdir. Aylıq 538 manatdan hesablanmaqla 7 aylıq əmək haqqı məbləği ona ödənilmişdir. 17 avqust 2020-ci il tarixli əmək müqaviləsini icra məmuruna özü təqdim etmişdir. O, icra məmuruna əmək müqaviləsini təqdim edərkən müqavilədə əmək haqqı məbləği 599 manat yazılmışdır, bunu inkar etmir. Əmək müqaviləsini aldıqda əmək haqqı məbləğini görmüşdür. Maaşı əvvəl min manat olmuş, axırıncı aylar isə işəgötürən tərəfindən böhran olacağını bildirərək əmək haqqı 850 manat müəyyən edilmişdir. Bu da əmək müqaviləsində göstərilməmişdir. Bundan başqa o, şirkətin göndərişi ilə rayonlarda işləsə də, ona ezam pulu verilməmiş, ancaq kartına eyni məbləğdə pul köçürülmüşdü. Göstərilənlərə əsasən, şikayətinin təmin edilməsini, icra məmurunun icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsini və verdiyi bank çıxarışlarına uyğun əmək haqqının hesablanmasını, qalan pulu ona qaytarılmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Yasamal rayon İcra Şöbəsinin icra məmuru X2 izahat verərək bildirmişdir ki, icra sənədinin verilməsinə əsas olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində müəyyən edilmişdir ki, qanunvericiliyə uyğun olaraq 7 aylıq əmək haqqı hesablanıb X6 ödənilsin. Lakin konkret olaraq əmək haqqının hansı məbləğlə hesablanması göstərilməmişdir. Qanunvericiliyə uyğun hesablanma dedikdə, əmək müqaviləsinə uyğun hesablanma nəzərdə tutulur. Qətnamədə göstərildiyi kimi qanunvericiliyə uyğun şəkildə şirkət tərəfindən əmək müqaviləsinə əsasən tələbkarın əmək haqqı məbləği 7 aya münasibətdə tam şəkildə ödənilmişdir. Əmək müqaviləsini isə tələbkar özü icra şöbəsinə təqdim etmişdir. Tələbkarın hesabına aylıq 538 manat olmaqla 7 aylıq məbləğdə pul köçürülmüşdür. Borclunun nümayəndəsi isə bank hesabına olan köçürmələri onunla izah etmişdir ki, əmək müqaviləsindən artıq ödəmələr mükafat olaraq işçiyə ödənilmişdir. Tələbkarın maaşı 599 manat olsa da, digər məcburi ödənişlər çıxdıqdan sonra onun kartına 538 manat pul köçürülmüşdür. Bu barədə rəsmi arayış da icra işi materiallarında mövcuddur. İcra sənədinə uyğun olaraq 599 manatdan digər vergi və sair ödənişlər çıxdıqdan sonra 538 manatdan hesablanmaqla 7 aylıq əmək haqqını borclu tələbkara tam şəkildə ödəmişdir. Tələbkar qətnamənin izahı ilə bağlı ərizə ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət etsə də, həmin məhkəmə ərizəni təmin etməmişdir. Borclu “X3 “Evascon”” ASC xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında nümayəndənin iştirakının üzrlü səbəbdən mümkün olmadığını bildirmiş və məhkəmə iclasının borclu tərəfin iştirakı olmadan keçirilərək şikayətin rədd olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İcra sənədi üzrə icra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və icra məmuru gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İcra məmurunun və borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2ci maddəsinə əsasən, məhkəmə təqdimata icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarı dinləyib, şikayəti, iş materiallarını və icra işi materiallarını nəzərdən keçirərək qhesabedir ki, tələbkar tərəfindən icra məmurunun qərarından verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 4442/2021, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən ləğv edilərək 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənilməsi və məbləğin qanunvericiliyə uyğun hesablanmaqla X6 ödənilməsi öhdəliyinin “X3 “Evascon”” ASC-nin üzərinə qoyulması qət edilmişdir. Həmçinin qeyd olunan qətnamənin məzmunundan görünür ki, 7 aylıq əmək haqqı məbləğinin hansı məbləğdən hesablanması göstərilməmişdir. Yalnız həmin qətnamənin 36-cı bəndində göstərilmişdir ki, iddiaçı və cavabdeh tərəfindən təsdiqlənmiş xx.xx.2020-ci il tarixli 15586 nömrəli əmək müqaviləsinə əsasən əmək haqqı məbləği 599 manat müəyyən edilmişdir. - “X3 “Evascon”” ASC ilə X9 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətinə əsasən müəyyən edilir ki, X9 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “X3 “Evascon”” ASC-də elektromexanik vəzifəsinə işə qəbul edilmiş və onun aylıq əmək haqqı məbləği 599 manat razılaşdırılmışdır. - əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2019-cu il tarixli bildirişə əsasən müəyyən olunur ki, X9 xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə “X3 “Evascon”” ASC-də elektromexanik vəzifəsində çalışdığı müddətdə onun aylıq əmək haqqı 800 manat təşkil etmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “X8” MMC-də, həmin tarixdən sonra isə “X3 “Evascon”” ASC işləməsini, sonuncu ilə əmək müqaviləsinin xx.xx.2020-ci il tarixədən 1 ay müddətinə bağlandığı üçün və bununla da 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları ərzində tərəflər arasında əmək münasibətləri yaranmadığına görə ona icra sənədi üzrə ödənilməli olan əmək haqqı məbləğinin hesablanmasının mümkün olmamasını əsas gətirərək qətnaməyə izah verilməsini xahiş etmişdir. Həmin qərardadla məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində anlaşılmayan hər hansı xüsusat mövcud deyil və izah verilməsi üçün zərurət yoxdur. Belə ki, “X8” MMC-nin rəsmi internet saytından görünür ki, o, 2018-ci ildə “X3 “Evascon”” ASC-nin törəmə müəssisəsi olaraq təsis edilmişdir. - əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2020-ci il tarixli bildirişə əsasən müəyyən olunur ki, X9 xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə “X3 “Evascon”” ASC-də elektromexanik vəzifəsində çalışdığı müddətdə onun aylıq əmək haqqı 599 manat təşkil etmişdir. - “X3 “Evascon”” ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən X5 aylıq əmək haqqısı vergi tutulmaları və digər ödənişlər çıxıldıqdan sonra 538,13 manat təşkil edir. - “X3 “Evascon”” ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən X5 “X3 “Evascon”” ASC-də çalışdığı müddət ərzində əmək müqaviləsi üzrə aylıq əmək haqqı 599 manat təşkil etmişdir. Həmin məbləğdən 45,9 manat DSMF ayırmaları, 3 manat işsizlikdən sığorta haqqı, 11,98 manat icbari sığorta haqqı çıxılmaqla ona 538,13 manat məbləğində yekun əmək haqqı hesablanmışdır. -“X3 “Evascon”” ASC-nin xx.xx.2023-cü il tarixli məktubu və məktuba əlavə edilmiş ödəniş tapşırıqlarının surətinə əsasən müəyyən olunur ki, "xxxx" ASC vasitəsilə X6 xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 1435,01 manat və 2331,9 manat olmaqla, cəmi 3766,91 manat məbləğində pul ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənilməsi və məbləğin qanunvericiliyə uyğun hesablanmaqla X6 ödənilməsi öhdəliyinin “X3 “Evascon”” ASC-nin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamədən də göründüyü kimi iddiaçı və cavabdeh tərəfindən təsdiqlənmiş sonuncu xx.xx.2020-ci il tarixli 15586 nömrəli əmək müqaviləsinə əsasən əmək haqqı məbləği 599 manat müəyyən edilmişdir. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən məhkəmə qətnamədə anşılmaz hər hansı bir halın mövcud olmadığını bildirərək qətnaməyə izah verilməsinə zərurət olmadığı qənaətinə gəlmişdir. İcra işi materiallarında olan borclu X3 “Evascon”” ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən 599 manat əmək haqqı məbləğindən 45,9 manat DSMF ayırmaları, 3 manat işsizlikdən sığorta haqqı, 11,98 manat icbari sığorta haqqı çıxıldıqdan sonra qalan məbləğ 538,13 manat təşkil edir. İcra işində olan ödəniş tapşırıqlarının surətindən isə müəyyən edilir ki, 7 aylıq əmək haqqı vergi, sığorta haqqı və sair məcburi tutulmalardan sonra 538,13 manat məbləğdən hesablanmaqla, cəmi 3766,91 manat məbləğində pul vəsaiti borclu tərəfindən X1na tam şəkildə ödənilmişdir. Dolayısı ilə icra sənədi tam şəkildə icra edilmişdir. Həmçinin məhkəmə iclasında tələbkar izahatında aylıq əmək haqqının 538 manat hesablanmaqla 7 ay üçün nəzərdə tutulmuş əmək haqqının ona ödənildiyini etiraf etmişdir. Bu halda məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qaydada və məbləğdə əmək haqqı hesablanaraq tələbkara cəmi 3766,91 manat məbləğində pul ödənildiyindən icra məmuru icra sənədi üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, icra sənədi tam icra edildiyindən Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin “icra sənədi üzrə icraata xitam verilməsi” barədə xx.xx.2023-cü il tarixli qərarından X1 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar