Məhkəmə qərarları › İş №8(004)-533/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-533/2024

27.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-533/2024 27.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Tələbkar, Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılovın iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3743/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılovın təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, borclu xx.xx.1994-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3743/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməlidir. İş üzrə Borclu xx.xx.2024-cü il tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranıtəmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Bu səbəbdən də borcun ödənilməsi təmin edilməmişdir. Hazırda Borclu 940 manat aliment borcu vardır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getməkhüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iclasına iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılov təqdimat müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında icra məmurunun təqdimatının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə borcluya məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3743/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki,tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 anası iddiaçı Tələbkar yanında qalması müəyyən edilməsi, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi, alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanması, qətnamə aliment tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2024-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3743/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3743/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması borcluya təklif olunmuşdur. Borclu bildirişi xx.xx.2024-cü il tarixdə imza etməklə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Borclu izahatından görünür ki, o, 5 noyabr 2024-cü il tarixdə icra işinin olduğunu bilmiş, icra sənədi üzrə aliment borcunu qısa müddətdə ödəyəcəyini söz vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3743/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 anası iddiaçı Tələbkar yanında qalması müəyyən edilməsi, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Borclu hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi, alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanması, qətnamə aliment tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş borclunun izahatından göründüyü kimi, o, 5 noyabr 2024-cü il tarixdə icra işinin olduğunu bilmiş, icra sənədi üzrə borcunu qısa müddətdə ödəyəcəyini söz vermişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3743/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İsmayıl İsmayılovın təqdimatı təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3743/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İsmayıl İsmayılovın təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar