Məhkəmə qərarları › İş №8(004)-538/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-538/2025

31.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-538/2025 31.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X4, Tələbkar Maraqlı şəxs2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1208/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə X2nın ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1208/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-1208/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə dair verilmiş eyni tarixli icra sənədinin mənzildən çıxarılması hissəsində icrasına möhlət verilərək bir il müddətinə təxirə salınmasına dair müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-1208/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçılar Maraqlı şəxs2 və Maraqlı şəxs3 cavabdeh X5 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Bu iş üzrə icra sənədi də verilmişdir. Ərizəçi qeyd edir ki, mübahisəli mənzil ipoteka predmeti deyil. Ərizəçi xəstə və tənha qadındır, başqa yaşayış yeri yoxdur, bu mənzildə qeydiyyatda olmaqla yaşayır, yaşamağa başqa sahəsi yoxdur. Kirayə mənzil tapmaq üçün böyük çətinliklərlə rastlaşmışdır. Hal-hazırda ağır ürək və gipertoniya xəstəliklərindən müalicə olunduğuna görə ağır maddi vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə haqlıdır. Eyni zamanda, ünvan 1 ünvanında yerləşən mənzildə olan əşyalara dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, hazırda həmin iş Yasamal rayon məhkəməsinin icraatındadır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X7 icra sənədi üzrə lazımi icra tədbirlərinin tətbiq olunduğunu, ünvan 1 ünvanına getdiyini, borclunun evdə olduğu halda qapını açmadığını və bu barədə akt tərtib edildiyini bildirdi. Məhkəmə iclasında iştirak edən tələbkar Maraqlı şəxs2 ərizənin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, borclu məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1208/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X3 ünvan 1 (Yeni qaydalarla AZ 1070 ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması, iddiaçılar Maraqlı şəxs2 və Maraqlı şəxs3 ünvan 1 (Yeni qaydalarla AZ 1070 ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1208/2024 nömrəli icra vərəqəsinə əsasən cavabdeh X6 ünvan 1 (Yeni qaydalarla AZ 1070 ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılsın, iddiaçılar Maraqlı şəxs2 və Maraqlı şəxs3 ünvan 1 (Yeni qaydalarla AZ 1070 ünvan 3 ünvanında yerləşən mənzilə köçürülsün. Məhkəmə aktı 16 may 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir, icra sənədi 8 iyul 2025-ci il tarixində verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1208/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsində icraat başlanılmışdır. X1 icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş sənədin kötüyünə imza etdirilməklə təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli akta əsasən icra sənədinin icrası ilə bağlı olaraq ünvan 1 ünvanında olduq. Borclu evdə olsa da, qapını açmadı. Mobil nömrə ilə əlaqə saxlanılmağa çalışılsa da,lakin cavab verilmədi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 12958541 nömrəli ambulator kitabçadan çıxarışa əsasən X5 posttrombotik sendrom diaqnozu qoyulmuşdur. İş materiallarında olan X11 epikriz sənədinə əsasən xəstə X6, Medi Style hospitala xx.xx.2016-cı il tarixində sol diz oynağında olan ağrılar, axsama, hərəkət məhdudluğu şikayətləri ilə daxil olmuşdur. X5 müayinələrdən sonra “Sol dizdə medial meniskin arxa buynuzun cırılması. Patolla femoral artroz” diaqnozu qoyulmuşdur. Xəstə hazırlanaraq planlı şəkildə xx.xx.2016-cı il tarixində spinal narkoz altında “Artroskopiya, artroskopik menisk təmiri” əməliyyatı icra edilmişdir. Əməliyyat və sonrakı dövr ağırlaşması keçmiş, xəstənin ümumi vəziyyəti nəzərə alınaraq xx.xx.2016-cı il tarixində evə ambulator müalicəyə yazılmışdır. Məhkəmə icra məmuru və tələbkarın izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarın 14-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırldar ki, qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub, iş üzrə çıxarmış məhkəmə tərəfindən borclunun əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə, məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Bu zaman məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Məhkəmə bu günə qədər icra sənədinin icra olunmadığını, məcburi icra tədbirlərinin nəticə vermədiyini, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə belə möhlətin verilməsinin müstəsna xarakter daşıdığını, eyni zamanda tələbkarın qətnamənin icrasına möhlət verilməsinə etiraz etməsini nəzərə alaraq hesab edir ki, X2nın Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1208/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-1-i maddəsinə əsasən məhkəmə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1208/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə X2nın ərizəsi təmin edilməsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar