Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-541/2023 19.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9619/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borcluya məxsus əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək, borclunun mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli qərarla icraatına başlanılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9619/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 4183,58 ABŞ dolları və 20 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Borclu mülkiyyətində olan «Hyundai Elentra» markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1370/2016 saylı, xx.xx.2016-ci il tarixli qərardadı ilə qeyd olunan «Hyundai Elantra minik» markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Qeyd olunan icra sənədi xx.xx.2016-cı il tarixdə icra olunduğuna dair tələbkar tərəfindən məktub daxil olmuş və xx.xx.2016-cı il tarixdə həmin icra sənədinin icra olunmasına dair müvafiq qərar məhkəməyə göndərilmişdir. Tərəflər, icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, icra sənədi borclu tərəfindən tam şəkildə icra edildiyindən Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(004)-1370/2016 saylı qərardadı ilə borclunun adına qeydiyyatdan keçmiş nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbsin qalmasına zərurət aradan qalxmışdır. Odur ki, təqdimat təmin edilməli və borclunun mülkiyyətində ola«Hyundai Elantra minik» markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və MPM-nin 263, 264, 266 və 267-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Təqdimat təmin edilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(004)-1370/2016 saylı qərardadı ləğv edilsin. «Hyundai Elantra minik» markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №8(004)-541/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-541/2023
19.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver