Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-542/2022 10.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, Yasamal rayon icra şöbəsinin icra məmuru Bəhruz Bayramovun, Tələbkar və onun vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5283/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Yasamal rayon icra şöbəsinin icra məmuru Bəhruz Bayramovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Bəhruz Bayramov təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5283/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar xx.xx.1986cı il təvəllüdlü Bakı şəhəri Yasamal rayonu Z.Əhmədbəyov küç,ev 21 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başlanmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5283/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən, Borclu vurulmuş maddi ziyana görə 30600 (otuz min altı yüz) manat və mənəvi ziyana görə 5000(beş min) manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi üzrə borcluya bildiriş göndərilməsinə, şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədinin icrasını könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalı vardır. Bu səbəbdən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon icra şöbəsinin icra məmuru Bəhruz Bayramov təqdimatı müdafiə edərək, izahatında göstərdi ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borcluya bildiriş göndərilmiş, şifahi xəbərdarlıq edilmiş, lakin icra sənədinin icraata başlanılmasından bir il keçməsinə baxmayaraq borclu heç bir ödəniş etməmişdir, borcun ödənilməsindən yayınır. Elektron icra sistemi üzrə məlumatlardan da görünür ki, borclu ölkəni bir neçə dəfə tərk etmişdir. Adına hər hansı əmlak aşkar edilməmişdir. Barəsində 14 mart 2022-ci il tarixdə axtarış elan edilmişdir. Lakin hələ də axtarışın nəticəsi yoxdur. Ehtimal var ki, Borclu ölkəni tərk edə bilər. Bu səbəbdən təqdimatın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Tələbkar və onun vəkili Vəkil Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5283/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə hər hansı məbləğ ödənilmədiyini bildirərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən hesab edir ki, təqdimata onun iştirakı olmadan baxılması mümkündür. Mülki Prossual Məcəllənin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı, ona əlavə olunmuş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5283/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar, borcun ödənilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5283/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu vurulmuş madi ziyana görə 30600(otuz min altı yüz)manat və mənəvi ziyana görə 5000(beş min) manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi üzrə borcluya bildiriş göndərilməsinə, şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu icra sənədinin icrasını könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Odur ki, təqdimat təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 492, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5283/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası məqsədilə, xx.xx.1986-cı il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-542/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-542/2022
10.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver