Məhkəmə qərarları › İş №8(004)-547/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-547/2025

04.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-547/2025 04.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1689/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə “ödənilməli pul məbləğinin indeksasiyası” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1689/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, 1946 manat məbləğində pul vəsaitin Borclu1 tutularaq iddiaçı X2 xeyrinə verilməsi qət edilmişdir. Hazırda tələbkar X4 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1689/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnamə ilə ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə əmri ilə müəyyən edilmiş öhdəliyin ümumilikdə 4684,02 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə iş materiallarına araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi nəzərə alınmaqla, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Müəyyən edilir ki, ərizə faksimile ilə imzalanmışdır. Deməli, ərizə qanunla müəyyən edilmiş qaydada imzalanmamış, nəticə etibarilə ərizəçi X2 iradə ifadəsini əks etdirmir. Ərizəçi məhkəmə iclaslarında iştirak etmədiyindən həmin nöqsanın aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə imzalanmadığı üçün baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı, 263-264cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1689/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə “ödənilməli pul məbləğinin indeksasiyası” tələbinə dair ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər X3 geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar