Məhkəmə qərarları › İş №8(004)-549/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-549/2023

14.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-549/2023 14.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Günay Abbaszadənin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1463/2023-015 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Günay Abbaszadə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “X1” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icrasına başlanmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1463/2023-015 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 11749,09 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 125,25 manat pul tutularaq Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Bununla belə “ İcra haqqında” AR Qanunun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatılarında ola pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Eyni zamanda “Elektron icra” informasiya sistemindən məlum olmuşdur ki, Borclu mülkiyyətində olan “X1” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Tələbkara, borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra işini, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1463/2023-015 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 11749,09 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 125,25 manat pul tutularaq Tələbkar QSC-yə ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş elektron bazadan çıxarışın surətindən görünür ki, “X1” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu məxsusdur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da, icra sənədində göstərilən pul məbləğinin borclulardan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə Borclu məxsus “X1” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 48, 50.2, 50.5, 53-cü və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1463/2023-015 saylı, xx.xx.2023cü il tarixli icra sənədinun icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “X1” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar