Məhkəmə qərarları › İş №8(004)-552/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-552/2024

09.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-552/2024 09.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X9 oğlunun katibliyi, X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4499/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun birdəfəlik ödənilməsi mümkün olmadığından yuxarıda qeyd edilən qətnamənin icrasını dəyişdirərək borcun hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4499/2024 nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X5 qarşı 11000 (on bir min) manat məbləğində borcun tutulması tələbi təmin edilərək qətnamə qəbul edilmişdir. Hazırki vaxtda maddi (maliyyə) durumumun aşağı olması və şəxsi əmlakının qeyri-mövcudluğunu nəzərə alaraq, ərizənin təmin edilməsini xahiş etmişdir. Tələbkar xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı Tələbkar cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X3 11000 (on bir min) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə xx.xx.2024-cü il tarixində İş № 2(004)-4499/2024 saylı qətnamə qəbul olunmuşdur. Həmin qətnamə ilə cavabdeh X3 11.000 (on bir min) manat məbləğində pul tutularaq, iddiaçı Tələbkar ödənilməlidir. Cavabdeh (borclu) X6 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4499/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə qətnamənin hissə-hissə icra edilməsi barədə ərizə verərək borçun hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh (borclu) X4 ərizəsinə baxılması məhkəmənin icraatındadır. Bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4499/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə qətnamənin hissə-hissə icra edilməsinə razı deyil. Hazırda səhəti ilə bağlı ciddi narahatçılıq olduğu ücün qeyd olunan tarixdə məhkəmə iclasında iştirak iştirak edə bilmir. Yuxarıda gösərilənləri nəzərə alaraq, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4499/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə qətnamənin hissə-hissə icra edilməsi barədə təqdimatına onun iştirakı olmadan baxaraq cavabdeh (borclu) X4 ərizəsinin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, borcdan 500 manat ödəniş etmişdir. Hər ay 500 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. İcra sənədi üzrə tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, tələbkar məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmiyəcəyi barədə məhkəməyə məlumat vermişdir. Tələbkarın və icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni, ona əlavə olunan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4499/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh X3 11000 (on bir min) manat məbləğində pulun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 231.5-ci maddəsinə əsasən, Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4499/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi ilə tutulması müəyyən edilən məbləğin hər ay hissə-hissə icra edilməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Eyni zamanda, borclu şəxsin icra sənədi üzrə borcun hər ay 500 manat ödənilməsi qalıq məbləğin 2 ildən çox müddət ərzində ödənilməsi ilə nəticələnə bilər. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4499/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar