Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-558/2025 31.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Oruclu Aydan Adəm qızı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-173/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar X1 “borclunun avtomobil üzərində müəyyən olunmuş payının ləğv olunması” barədə ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-173/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar X2 “borclunun avtomobil üzərində müəyyən olunmuş payının ləğv olunması” barədə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Apellyasiya Məhkəməsinin 2(103)-173/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, tərəflərin birgə nikah dövründə əldə olunmuş buraxılış ili 2016-cı il olan, “Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən X3 ½ payı hissəsində ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Daha sonra tələbkar X2 dəftərxana vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-173/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə ərizəni etibarsız hesab edərək geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə hesab edir ki, ərizəçi X2 tərəfindən borclunun avtomobil üzərində müəyyən olunmuş payının ləğv olunması barədə ərizənin geri qaytarılmasına dair ərizə daxil olduğundan, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4, 152.1.9, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-173/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar X1 “borclunun avtomobil üzərində müəyyən olunmuş payının ləğv olunması” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №8(004)-558/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-558/2025
31.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver