Məhkəmə qərarları › İş №8(004)-559/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-559/2023

22.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-559/2023 22.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “Borclu əmlakı üzərinə həbs qoyulması barədə” təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1564/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan “Hyundai Sonata minik” markalı **-OS- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1564/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 15299,99 manat borc pul, hüquqi yardıma görə ödənilmiş 250 manat və dövlət rüsumu qismində ödənilmiş 135,9 manat tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Eyni zamanda, Borclu mülkiyyətində olan “Hyundai Sonata minik” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. İcra işi üzrə tələbkara, icra məmuruna və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, tərəflərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən olunur ki, mirvari rəngli, 2009-cu il buraxılışlı, “Hyundai Sonata minik” markalı **- OS-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərara əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1564/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icraat başlanılmışdır. İş materiallarında olan bildirişdən görünür ki, tələbin könüllü icrası ilə bağlı bildiriş Borclu təqdim edilmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxta borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarının icra olunmasında məhkəmələrin xüsusi hüquqi marağı, hüquq münasibətlərinin subyektləri arasında hüquqi nihilizmin qarşısının alınması, hüquq qaydasının, qanuna itaətin təmin olunması məqsədilə təqdimat təmin olunmalı və Borclu mülkiyyətində olan mirvari rəngli, 2009-cu il buraxılışlı, “Hyundai Sonata minik” markalı **- OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsinə və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1564/2023 nömrəli xx.xx.2023cü il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan mirvari rəngli, 2009-cu il buraxılışlı, “Hyundai Sonata minik” markalı **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar